Qafqaz Universitetində 20-yə yaxın müəllim işdən çıxarılıb?

Qafqaz Universitetində 20-yə yaxın müəllim işdən çıxarılıb?
09 Dek 2016 15:20

Qafqaz Universiteti 20-yə yaxın müəllimin işdən çıxarılması ilə bağlı yayılan məlumata aydınlıq gətirib.

Oxu.Az xəbər verir ki, universitetin mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayev AzVision.az-a açıqlamasında bu məlumatların yalnış olduğunu bildirib.

“Yayılan məlumatda 20-yə yaxın müəllimin adı yazılıb. Bu məlumat tamamilə yalnışdır. Adları çəkilən müəllimlər hazırda universitetimizdə işləyirlər. Onlar işdən çıxarılmayıblar”.

Rəcəb Rzayev qeyd edib ki, universitetdən yalnız 2 müəllim öz ərizəsi ilə işdən ayrılıb.

Qeyd edək ki, mətbuatda Qafqaz Universitetində ciddi ixtisarların aparılması haqda məlumat yayılıb. Bildirilib ki, son günlər 20-yə yaxın müəllim işdən çıxarılıb.


25 Sent 2023
Cəmiyyət

Sabah yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Bakıda və Abşeron yarımadasında sentyabrın 26-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

25 Sent 2023
Cəmiyyət

Daha iki gün geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası sentyabrın 27-nə qədər davam edəcək.

25 Sent 2023
Cəmiyyət

Manat bu valyutalara qarşı bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.