Qadın paltarı geyinmiş makiyajlı İŞİD-çilər ələ keçdilər - VİDEO

Qadın paltarı geyinmiş makiyajlı İŞİD-çilər ələ keçdilər - VİDEO
14 2019 16:16


Sosial şəbəkədə İŞİD qruplaşmasına aid döyüşçülərin qurtulmaq üçün qadın cildinə girdiyini əks etdirən görüntü yayılıb.

Videogörüntünü Belçikadan olan müstəqil jurnalist Sotiri Dimpinudi “Twitter” səhifəsində paylaşıb.

Kadrlarda saxlanılan makiyajlı kişilərin qadın paltarı və üzərindən çarşab geyindiyini görmək olur.

Müəllifin dediyinə görə, terrorçular Fərat vadisində İŞİD-in nəzarətində olan sonuncu şəhər - Baquzadan qaçan zaman kürd döyüşçülər tərəfindən yaxalanıb.

Adıçəkilən şəhərdə “Suriya demokratik qüvvələri” əməliyyat keçirir. “SDQ”nin mətbuat katibi Mustafa Bali terrorçuların kütləvi şəkildə geri çəkildiyini, bir neçə gün ərzində üç mindən çox İŞİD-çinin silahlarını yerə qoyduğunu söyləyib.


29 Mar 2020
Dünya

Dünya üzrə koronavirusa yoluxanların sayı 700 mini keçdi

Dünya üzrə koronavirusa yoluxanların sayı 700 min nəfəri ötüb.   

29 Mar 2020
Dünya

Türkiyədə koronavirus dəhşəti davam edir: 1815 yeni yoluxma, 23 yeni ölüm

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) ölənlərin sayı artıb.  

29 Mar 2020
Dünya

Azərbaycan Çin, İtaliya və İspaniyanın koronavirusla mübarizə istiqamətində aparılan təcrübələrini araşdırır

“Dünyada artıq koronavirusa yoluxanların sayı 600 minə çatıb. Bu rəqəm dayanmadan artır”.

29 Mar 2020
Dünya

Koranavirusdan ilk körpə ölümü qeydə alındı

ABŞ-ın Çikaqo şəhərində ilk dəfə koronavirusdan körpə ölümü qeydə alınıb.

29 Mar 2020
Dünya

Koronavirusla bağlı son STATİSTİKA

Dünyada koronavirusa yoluxanların sayı 663 748 nəfərə çatıb.