Qadın ona xəyanət edən sevgilisindən qisas almaq üçün iki övladını suda boğdu

Qadın ona xəyanət edən sevgilisindən qisas almaq üçün iki övladını suda boğdu
11 2019 10:57


Rusiyanın Kamçatka vilayətində iki azyaşlı uşağın qətli ilə bağlı cinayət işi başlanılıb.

Faciə sentyabrın 9-da, səhər saatlarında baş verib.

27 yaşlı qadın beş yaşlı oğlunu və yaş yarımlıq qızını özünə bağlayaraq Kraşeninnikov buxtasına girib. Ətrafdan keçən insanlar uşaq qışqırıqlarını eşidərək, polisə və xilasedicilərə məlumat veriblər.

Hüquq-mühafizə orqanları və xilasedicilər hadisə yerinə gəldikdən sonra qadına qayıq vasitəsilə çata biliblər. Beş yaşlı uşağın meyiti sudan çıxarılıb, yaş yarımlıq qız isə reanimasiyada ölüb. Qadını isə həyata qaytarmaq mümkün olub. Hazırda onun saxlanılması ilə bağlı məsələ müzakirə edilir.

Kamçatka vilayətinin hüquq-mühafizə orqanlarının məlumatına əsasən, qadın onunla münasibətdə olan kişinin xəyanətindən xəbər tutduqdan sonra uşaqlarını boğmaq qərarına gəlib.

Yekaterina adlı qadın uşaqlarının atasının ailəli olduğunu və başqa qadınlarla da görüşdüyünü öyrənib. Qonşuların dediyinə görə, bunu eşidən qadın ağlını itirib.


14 Okt 2019
Dünya

Putin ər-Riyada 16 avtomobil və atın müşayiəti ilə daxil olub - VİDEO

Rusiya prezidenti Vladimir Putin rəsmi səfərlə Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyada gedib. 

14 Okt 2019
Dünya

Suriya ordusu kürdlərin Təbka şəhərinə girdi

Suriya ordusu kürdlərin nəzarətində olmuş Təbka şəhərinə daxil olub. 

14 Okt 2019
Dünya

“Barış pınarı”: 525 terrorçu zərərləşdirildi

“Barış pınarı”: 525 terrorçu zərərləşdirildi