Psixi xəstəliklər və sənət

Psixi xəstəliklər və sənət
15 2017 10:23

Psixi xəstəliklərlə sənət arasındakı əlaqə son illər ən çox araşdırılan mövzulardandır. Birinci növbədə bilinməlidir ki, heç bir xəstəlik tam olaraq sənətə və ya ədəbiyyata meyilliliyin göstəricisi ola bilməz. Ancaq buna təsir edə bilər. 

Belə ki, araşdırmalarla da təsdiqləndiyi kimi sənət və psixi xəstəliklər arasında əlaqə mövcuddur. Hətta sənət, fəlsəfə, ədəbiyyat kimi sahələrdə qabiliyyət ilə psixi xəstəliklərin eyni gendən başlanğıc götürdüyünü vurğulayan nəzəriyyələr vardır. Və bu genlər bəzi insanlarda şizofreniya bəzilərində maniakal depressiv psixoz kimi özünü göstərir. Faiz göstəricisi ilə 25% şizofren valideynlərdən doğulan uşaqların yüksək zəka və yaradıcı olmaları mümkündür. Ancaq yenə də bu nəticələr mütləq doğru olaraq qəbul edilməməlidir. 

Lakin bilindiyi kimi, şizofreniya xəstələri nitqi yaxşı istifadə edə bilmirlər, və istər qavrama pozuntularının səbəb olduğu halusinasiya və illuziyalar istərsə də psixi avtomatizmin təsiri ilə şəkil dili yəni təsvir qabiliyyətləri fantaziya və təfəkkürləri digər insanlarla müqaisədə daha genişdir. Yəni xəstəliyin təməlində nitqlə əlaqə probleminin olması xəstələri rəsmə asanlıqla yönləndirir. 

Məhz bunun nəticəsidir ki 1922 ci ildə Heidelberg Universiteti psixatriya klinikasında şizofren xəstələr tərəfindən çəkilən rəsmlər toplanırdı. Və daha bir maraqlı fakt maniakal -depressiv psixoz gedişatında müalicə ilə sənətə meyillilik tərs mütənasibdir. Yəni xəstə sağalma göstərdikcə qabiliyyətləri azalır. 

Şizofreniyada isə müalicə yaradıcılığa təsir etmir. Bu şizofren rəssamlar misalında tez-tez qabağımıza çıxır. Brain Charnley, Louis Wein xəstəlikləri boyunca müalicə almış və xəstəliklərini sənətlərinə də əks etdirmişdilər. Hətta Brain Charnley son tablosunda öz ölümünü təsvir edib intihar edənə qədər. O, xəstəlik və rəsm arasında ən mükəmməl sinxronizasiyanı yarada bilmiş rəssam hesab olunur. 

Aşağıdakı rəsm isə yenə bir şizofreniya xəstəsi tərəfindən çəkilmişdir.

28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.