Prokurorlar üçün daha bir “yaşıl işıq” yandırılır - YENİLİK

Prokurorlar üçün daha bir “yaşıl işıq” yandırılır - YENİLİK
22 2020 18:15


Azərbaycanda prokurorların səlahiyyətləri artırılır.

realpress.az xəbər verir ki, bununla bağlı Cinayət Prosessual Məcəlləsinə əlavə təklif edilir.

Hazırda Məcəllənin 84.9-cu maddəsində yazılır ki, prokuror Məcəllənin 41.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxsə qarşı cinayət təqibindən imtina edə bilər.

Prokuror bu qaydalara riayət etməklə bəzi hüquqlara da malikdir.

İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror yuxarı prokurorun göstərişlərini yerinə yetirməlidir.

Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi, cinayətin tövsifi, ittihamın həcmi, işin icraatına xitam verilməsi və ya məhkəməyə göndərilməsinə dair yuxarı prokurorun göstərişləri ilə razı olmayan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror öz əsaslandırılmış etirazını yuxarı prokurora göndərməkdə haqlıdır.

Bu halda yuxarı prokuror onun dəlilləri ilə razılaşır və öz yazılı göstərişlərini geri götürür.

Əks təqdirdə, onun dəlilləri ilə razılaşmayaraq, cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi digər prokurora tapşırır.

Prokurorun yazılı göstərişlərindən edilən etiraz bu göstərişlərin icrasını dayandırmır.

Qanun layihəsinə əsasən isə, prokurora daha bir hüquq verilir. Təklif olunan 84.6.9-1-ci maddəyə görə, prokuror şəxsə irəli sürülmüş ittihamla müqayisədə onun əməlinin daha yüngül məsuliyyət nəzərdə tutan cinayət qanununun norması ilə tövsifini təklif edə bilər.

Həmçinin prokurora şəxsə irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndlərin çıxarılmasını təklif etmək hüququ verilir.

Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iyunun 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.


24 Yan 2021
Cəmiyyət

Tarix öyrətməkdən əl çəkib tarix yazmağa getdi, tarixin qızıl səhifəsinə həkk olundu - VİDEO

44 günlük Vətən Müharibəsində tarixə qızıl hərflərlə həkk olunanlardan biri də kapitan Elnur Cəbrayılov oldu.

24 Yan 2021
Cəmiyyət

Füzuli rayonunun Aşağı Veysəlli kəndindən görüntülər – FOTO/VİDEO

Füzuli rayonunun Aşağı Veysəlli kəndindən görüntülər yayımlanıb.

24 Yan 2021
Cəmiyyət

Lənkəranda 14 yaşlı yeniyetmə itkin düşüb

23 yanvar 2021-ci il tarixdə saat 17:00 radələrində Lənkəran şəhərinin Zövlə kəndi ərazisində naməlum şəraitdə itkin düşmüş 2007-ci il təvəllüdlü Cəfərov Burxan Nəriman oğlunun axtarışlarının aparılması üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə müraciət daxil olub.

24 Yan 2021
Cəmiyyət

Polad Bülbüloğlu Şuşadakı evlərində “Gəl, ey səhər” oxudu - VİDEO

Azərbaycanın Rusiyadakı Fövqəladə və Səlahiyyətli səfiri, Xalq artisti Polad Bülbüloğlu Şuşada, atası, dahi vokal ifaçısı, SSRİ Xalq artisti Bülbülün evində olub. 

24 Yan 2021
Cəmiyyət

Fərhad Bədəlbəyli və Polad Bülbüloğlu Şuşada - VİDEO

Əslən Şuşadan olan Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu gün Şuşa şəhərinə birgə səfər ediblər.