Prezidentin sanksiyalarla bağlı suala cavabı dünyaya hansı mesajlar verdi? - ŞƏRH

Prezidentin sanksiyalarla bağlı suala cavabı dünyaya hansı mesajlar verdi? - ŞƏRH
07 Okt 2019 11:04


Prezident İlham Əliyev Rusiyanın “Rossiya” və “Birinci” televiziya kanallarına müsahibəsində Azərbaycan-Rusiya əlaqələrinin yüksək səviyyədə olmasından söz açıb.

Dövlət başçısı Qərb ölkələrinin rəsmi Moskvaya qarşı sanksiyalarının Azərbaycanın Rusiya ilə bağlı siyasətinə hansı formada təsir etməsi ilə bağlı sualı da cavablandırıb.

“Məlum olduğu kimi, Azərbaycanın Qərb ölkələri ilə yaxşı münasibətləri var. Rusiya artıq bir neçə ildir ki, sanksiyalar altındadır. Bu, Sizə Rusiya ilə əməkdaşlıq etməyə və bütün bu ikitərəfli layihələri inkişaf etdirməyə mane olmurmu?” sualına Prezident belə cavab verib:

“Xeyr, qətiyyən mane olmur. Bizim Rusiya ilə münasibətlərimiz hər hansı xarici siyasi gündəlikdən azaddır. Bu münasibətlər zamanın sınağından çıxıb. Hər iki tərəf bu münasibətləri strateji tərəfdaşlıq münasibətləri adlandırır. Bu, həqiqətən də belədir. Çünki biz həm qonşuyuq, həm də mehriban dostlarıq. Son vaxtlar bizim münasibətlərimiz xeyli səmərəli və keyfiyyətli olub”.

Politoloq Elxan Şahinoğlu Azərbaycanın müstəqil xarici siyasət yürütməsi ilə bağlı realpress.az-a şərh verib.

Ekspert deyib ki, Prezident suala cavabında sanksiyanın fəlsəfəsinə münasibət bildirməyib.

“Dövlət başçısı, sadəcə, bu suala cavab verdi ki, sanksiyalar Azərbaycan-Rusiya münasibətlərinə mane olmur. Əksinə, iki ölkə arasında əlaqələr daha da dərinləşir. Prezident Azərbaycanla Rusiyanın beynəlxalq meydanlarda əməkdaşlıq etdiyini, bir-birini dəstəklədiyini də bəyan etdi.

Ölkə başçısı xatırlatdı ki ki, AŞPA-nın iyun sessiyasında Azərbaycan nümayəndə heyəti tam tərkibdə Rusiyanın quruma qayıtmasına səs verib”,-deyə E.Şahinoğlu əlavə edib.

E.Şahinoğlunun fikrincə, Prezidentin cavabları onu göstərdi ki, Azərbaycan Rusiyaya qarşı sanksiyaların tətbiqinin əleyhinədir.

Siyasi şərhçi onu da bildirib ki, Prezidentin “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasına dəvət olunması Rusiyanın Azərbaycana verdiyi dəyərin göstəricisidir.

E.Şahinoğlu söyləyib ki, Azərbaycanla Rusiya arasında ikitərəfli əməkdaşlıq inkişaf edir.


30 May 2020
Siyasət

Pakistan Prezidenti İlham Əliyevi təbrik edib

Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

29 May 2020
Siyasət

Prezidentin “Qobu Park-3”dəki çıxışı: Ötən il dövlətin bir məcburi köçkünə xərclədiyi vəsait - RƏQƏMLƏR

Mayın 28-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışı olub.

29 May 2020
Siyasət

Azərbaycanın Britaniyadakı səfiri AİHM-ə Ramil Səfərovla bağlı cavab verdi

Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirinin Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarı ilə bağlı İngiltərənin “Guardian” qəzetində nəşr olunmuş məqaləyə cavabı dərc edilib.

29 May 2020
Siyasət

İlham Əliyev və Mehriban Əliyeva “Qobu Park-3” yaşayış kompleksinin açılışında - FOTO/VİDEO + YENİLƏNİB

Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin mayın 28-də açılışı olub.