Prezidentin bir sözü dolları ucuzlaşdırdı

Prezidentin bir sözü dolları ucuzlaşdırdı
18 2017 09:15

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, hazırda dolların məzənnəsi şişirdilib.REALPRESS.AZ "APA-Economics"ə istinadən xəbər verir ki, prezidentin bu açıqlamasından sonra dollar əksər valyutalara nisbətən ucuzlaşıb.
 
"Hazırda dolların məzənnəsi şişirdilib, bunun əsas səbəblərindən biri də Çinin öz milli valyutasının məzənnəsinin aşağı səviyyədə saxlanılmasına yönəlmiş addımlarıdır", - deyə yeni seçilmiş prezident qeyd edib.
 
Bu açıqlamadan sonra avronun məzənnəsi 1,0697 dollar səviyyəsinədək yüksəlib. Halbuki ötən ticarət sessiyasında avronun məzənnəsi 1,0601 dollar idi.
 
Bununla yanaşı, ötən həftə 114,2 yen səviyyəsində olan dollar hazırda 113,48 yenə çatıb.
 
İngilis funtu isə bun gün sürətlə bahalaşıb. Böyük Britaniyanın baş naziri Tereza Meyin açıqlamalarından sonra funt dollara nisbətən 2,4%, avroya nisbətən isə 1,5% möhkəmlənib.
 
Baş nazir deyib ki, "Brexit"lə bağlı yekun prosedur parlamentin razılığını alacaq. Bununla yanaşı, T. Mey qeyd edib ki, Böyük Britaniya Avropa İttifaqının (Aİ) əsas tərəfdaşı olmaq niyyətindədir. Xanım siyasətçi əlavə edib ki, krallıq Aİ-nin Gömrük Şurası ilə yeni sazişin imzalanmasında maraqlıdır.

4 Okt 2023
Dünya

Ankarada terror törədənlərin kimliyi müəyyənləşib

Oktyabrın 1-də Türkiyənin Daxili İşlər Nazirliyinə qarşı təşkil edilmiş və polis əməkdaşlarının dərhal həyata keçirdikləri tədbirlər nəticəsində qarşısı alınmış terroru törədən iki şəxsin kimliyi təsbit edilib.

4 Okt 2023
Dünya

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI + FOTO

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 279 890 hərbçisi məhv edilib.

4 Okt 2023
Dünya

Hindistanda 23 hərbçi daşqınların baş verdiyi ərazidə itkin düşüb - VİDEO

Hindistanın şimal-şərqindəki Sikkim əyalətində baş vermiş daşqınlar nəticəsində Hindistan ordusunun 23 əməkdaşı itkin düşüb.

4 Okt 2023
Dünya

İtaliyada avtobus qəzası: Azı 20 nəfər öldü - FOTO/VİDEO

Venesiyanın materik məhəlləsi Mestredə sərnişinləri daşıyan avtobus yerüstü keçiddən aşıb.