Prezident bu qanunları imzaladı: Epidemiya əleyhinə rejimi pozanlar həbs olunacaq

Prezident bu qanunları imzaladı: Epidemiya əleyhinə rejimi pozanlar həbs olunacaq
19 2020 17:18

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

realpress.az-ın məlumatına görə, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələr nəzərdə tutulur.

Belə ki, fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Prezidentin imzaladığı qanunla 388-1-ci maddə üzrə də dəyişiklik olunub.

Maddənin adında və 388-1.1.1-ci maddənin dispozisiyasında “ehtiyatında” sözündən sonra “və ya informasiya-telekommunikasiya şəbəkəsində” sözləri əlavə edilib.

388-1.1-ci maddənin dispozisiyasında “sahibi” sözündən sonra “və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi” sözləri əlavə olunub.

388-1.1-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilib:

Fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Ölkə başçısı Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Məcəllənin 139-1-ci maddəsi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasına görə cinayət məsuliyyətini nəzərdə tutur.

Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda, iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

30 Mar 2020
Siyasət

Deputatlar evdən oturub səs verə biləcəklər

Milli Məclisin iclasında “Milli Məclisin Daxili Nizamnaməsi”nə dəyişiklik müzakirəyə çıxarılıb.  

30 Mar 2020
Siyasət

Xüsusi karantin rejimi yaşı 65-i keçən deputatlara şamil edilməyəcək

Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı 65 yaşdan yuxarı insanlara tətbiq edilən məhdudiyyətlər deputatlara şamil edilməyəcək.

30 Mar 2020
Siyasət

İcbari tibbi sığorta haqları ilə bağlı dəyişiklik: Doqquz ay təxirə salındı

Azərbaycan ərazisində istehsal edilərək, daxili istehlaka yönəldilən (topdan satılan) və ölkəyə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə 2021-ci ilin yanvarın 1-dən icbari tibbi sığorta ödəməyə başlanılacaq.