Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi müzakirə olunub.
Enter.News xəbər verir ki, dəyişiklik barədə komitə sədri Hadi Rəcəbli məlumat verib.
Məcəlləyə təklif edilən dəyişikliyə görə, 65-ci maddəyə yeni hissə əlavə edilib.
Əlavəyə görə, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən işçi attestasiyadan keçirildikdə, idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müəyyən edilən müvafiq vəzifəli şəxsi və ya struktur bölməsinin nümayəndəsi attestasiya komissiyasının iclasında iştirak etməlidir.
Hadi Rəcəbli qeyd edib ki, dəyişiklik layihəsi parlamentə Prezidentin imzası ilə daxil olub.
Türkiyənin İstanbul şəhərində Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş fotosərgi təqdim edilib.
“Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları”nda dəyişiklik edilib.
“Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nda dəyişiklik edilib.