Bizim seçdiyimiz yol yeganə düzgün yoldur.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib.
Dövlətimizin başçısı qeyd edib: "Dünyada və bölgədə gedən təhlükəli proseslərə fikir verərkən bir daha görürük ki, Azərbaycan öz yoluna sadiqdir, müstəqillik, inkişaf yolu ilə gedir. Biz çalışmışıq və çalışacağaq ki, bundan sonra da ölkəmizi, xalqımızı mümkün olan risklərdən qoruyaq, öz müstəqil yolumuzu təmin edək. Artıq tarix və ətrafda baş verən hadisələr göstərir ki, bizim seçdiyimiz yol yeganə düzgün yoldur. Bu, müstəqillik yoludur, sabitlik, inkişaf yoludur.
Biz bu çətin və böhranlı şəraitdən şərəflə çıxa bildik və artıq görülmüş işlər və bu il görüləcək işlər bu dinamikanı daha da gücləndirəcək. İqtisadiyyat dayanıqlı şəkildə inkişaf edəcək, qeyri-neft sektorumuz inkişaf edəcək, yeni iş yerlərinin yaradılması təmin ediləcək və əminəm ki, bütün dediyim hədəflərə çatacağıq".
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Tailand Krallığını Milli Gün münasibətilə təbrik edib.
“EDEX 2023” beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün Misirdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun bu ölkəyə səfəri davam edir.
Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı vitse-admiral Sübhan Bəkirov Bakıda səfərdə olan İran İslam Respublikası Ordusunun HDQ komandanı kontr-admiral Şəhram İrani ilə görüşüb.