Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə güclü və fəal milli biznes sinfinin formalaşdığını bildirib.
“Əlbəttə, dövlət də bu sahədə öz dəstəyini əsirgəməyib. Mən iş adamları ilə daim təmasdayam, görüşlər keçiririk, onların problemlərinin həlli ilə məşğuluq və onlara həmişə siyasi və maddi dəstək verilir. Çünki mən yaxşı başa düşürdüm ki, ilkin kapital olmadan heç bir işi görmək mümkün deyil. Bir də ki, heç bir biznesmen, iş adamı riskli yerlərə, ölkələrə heç vaxt pul qoymaz. Ona görə təhlükəsizlik, sabitlik, gözəl ictimai ab-hava, biznesə dövlət dəstəyi və maddi dəstək, - bax, hesab edirəm ki, bu amillər milli biznes sinfini formalaşdırıb, - deyə dövlətimizin başçısı qeyd edib.
2021-ci ilin mart aylarında Azərbaycanın xam neft və neft məhsulları İtaliya, Hindistan, İspaniya, İsrail, Böyük Britaniya, Belarus və Türkiyəyə ixrac olunub.
Azərbaycan Mərkəzi Bankı 19 aprel tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
48 nəfərin əmək müqaviləsi olmadan işə cəlb olunduğu aşkar edilib.
Bütün dünyada koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatlarına mənfi təsirləri, kapital qoyuluşunun kəskin azalması, maliyyə çətinlikləri fonunda neft-qaz yataqlarının axtarış-kəşfiyyatı, işlənməsi istiqamətində uzun illik tarixə və zəngin təcrübəyə malik olan SOCAR-ın “Azneft” İstehsalat Birliyində (İB) itkilər minimuma endirilib, bir çox sahələrdə gəlirlilik təmin olunub.