Prezident İlham Əliyev yeni hərbi şəhərciyin açılışında iştirak edib

Prezident İlham Əliyev yeni hərbi şəhərciyin açılışında iştirak edib
23 2017 12:16

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” saylı hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında iştirak edib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı İlham Əliyev əvvəlcə Azərbaycan Ordusunun inkişafında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstəsi qoydu.

Ali Baş Komandan İlham Əliyev hərbi şəhərciyin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev hərbi şəhərcikdə yaradılan şəraitlə tanış oldu.

Sonra dövlətimizin başçısı, Ali Baş Komandan hərbi qulluqçularla görüşdü.


26 Sent 2023
Siyasət

Qarabağın erməni sakinləri üçün növbəti dəfə yanacaq göndərilib

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus yanacaqla dolu daha 2 nəqliyyat vasitəsilə Qarabağda yaşayan erməniəsilli sakinlər üçün yanacaq göndərilib.

26 Sent 2023
Siyasət

Ərdoğan Paşinyanla telefon danışığı zamanı müzakirə etdiyi məsələləri açıqlayıb

"Biz Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, qonşuluq hüququna hörmət edilərsə, həlli mümkün olmayan heç bir problem görmürük".

26 Sent 2023
Siyasət

Azərbaycan və Çin kosmik sahədə əməkdaşlıq edə bilər

"Azərbaycan və Çin arasında kosmik sahədə əməkdaşlığın böyük perspektivləri var".

26 Sent 2023
Siyasət

Azərbaycan və Türkiyə prezidentləri hərbi kompleksin açılışında iştirak ediblər - YENİLƏNİB + FOTO/VİDEO

Sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında iştirak ediblər.