Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə başsağlığı verib.
Başsağlığında deyilir: "Hörmətli cənab Prezident. Ölkənizdə törədilmiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca sarsıtdı.
Biz dinc insanlara qarşı yönəlmiş belə qəddar əməllərdən hədsiz dərəcədə hiddətlənir, dəhşətli bir bəlaya çevrilmiş terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasını vacib hesab edirik.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Misir xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".
Suriyanın Dəməşq şəhərində və şəhərin Spena qəsəbəsində Azərbaycan tərəfindən kimsəsiz uşaqlar üçün iftar süfrəsi təşkil edilib.
Prezidentin Mətbuat Xidməti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşaya səfərindən videoçarx paylaşıb.
Prezidentin Mətbuat Xidməti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışından videoçarx paylaşıb.
İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Prezidenti İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib.
“Artıq ikinci ildir Azərbaycan xalqı sülhü tərənnüm edən Novruz bayramını ölkənin istisnasız bütün ərazisində, o cümlədən Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində böyük coşqu ilə qarşılayır. Şanlı Ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə torpaqlarımızı erməni işğalından azad etdi. 2023-cü ilin sentyabrında isə artıq ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu.”