Xüsusi müxbirimiz xəbər verir ki, fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Brüsseldə Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Linden ilə görüşüb.
Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti Rene Van der Linden Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşməkdən məmnun olduğunu dedi. Vurğuladı ki, dövlətimizin başçısının Brüsselə səfər proqramı çox zəngindir və səfər zamanı Avropa İttifaqının yüksək səviyyəli rəhbər şəxsləri ilə görüşləri mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsi baxımından bu səfərin önəmini vurğuladı.
Rene Van der Lindeni Azərbaycanın dostu adlandıran dövlətimizin başçısı onun Avropa Şurası Parlament Assambleyasına rəhbərlik etdiyi dövrdə ölkəmizin bu təşkilat ilə səmərəli əməkdaşlığını məmnunluqla xatırladı, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri kimi onun ölkələrimiz arasında münasibətlərin genişləndirilməsində və Azərbaycana investisiyaların cəlb edilməsində rolunu qeyd etdi, ADA Universiteti ilə Niderlandın Maastrixt Menecment Məktəbi arasında əməkdaşlığın qurulmasına və inkişaf etdirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirdi.
“Azərbaycanın mərkəzi hakimiyyəti yaralı erməni əsgərlərinə tibbi yardım göstərməyə və ya bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyi ilə etməyə hazırdır”.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında hərbi əməkdaşlıq planına əsasən, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində hərbi hüquq ixtisası üzrə ekspertlərin görüşü keçirilib.
Azərbaycan Mərkəzi Bankı 22 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.