Praqa Türkiyədəki investisiyalarını xilas edir

Praqa Türkiyədəki investisiyalarını xilas edir
14 Dek 2016 16:25

“Yunus Əmrə” istilik elektrik stansiyasının tikintisi üzrə Çexiya-Türkiyə layihəsinin icrası davam etdirilməlidir. Çexiyanın xarici işlər naziri Lyubomir Zaoralek və Türkiyənin Baş naziri Binəli Yıldırım Ankarada bu məsələ ilə bağlı yekdil fikrə gəliblər. L.Zaoralek bildirib ki, plan ekspertlər qrupu tərəfindən müzakirə edilməlidir və danışıqlar yaxın həftələr ərzində başlayacaq.

Çexiya İxrac Bankı bu elektrik stansiyasının inşasına kredit ayırsa da, tikinti hələ də başa çatmayıb. Baş təchizatçı Çexiyanın enerji obyektlərinin tikintisində ixtisaslaşan “Vítkovice Power Engineering” şirkətidir. Ancaq borcu ilə əlaqədar 2016-cı ildə borcunu ödəyə bilməməsi barədə məhkəmə icraatına başlanıb. “Naksan” holdinqinin tərkib hissəsi olan “Adularya Energy” cəmiyyəti (Türkiyə) “Vítkovice Power Engineering”inə külli miqdarda pul borcludur. Dövlət çevrilişinə cəhddən sonra onun fəaliyyəti Türkiyə hökuməti tərəfindən nəzarətə götürülüb. Holdinqin sahibləri, eləcə də idarə heyətinin üzvləri qiyamçılarla əlbir olduqlarına görə həbs ediliblər. Noyabrın sonunda məlum olub ki, Çexiya tikilməkdə olan elektrik stansiyasının qış mövsümünə uyğun konservasiyası məqsədi ilə 2 milyon avro məbləğində kredit verməyə hazırdır. Bu yolla Çexiya özünün artıq 12 milyard krondan (444,4 milyon avro) ibarət olan investisiyalarını xilas etməyə çalışır.


24 Mar 2023
Dünya

Almaniyanın XİN başçısı Gürcüstanda səfərdədir

Almaniyanın xarici işlər naziri Annalena Berbok Gürcüstana ikigünlük rəsmi səfərə gəlib.

24 Mar 2023
Dünya

Yaponiya sahillərində 5,4 maqnitudalı zəlzələ olub

Yaponiya sahillərində 5,4 maqnitudalı zəlzələ olub.

24 Mar 2023
Dünya

Rusiyada zavodda yanğın başlayıb

Rusiyanın Aramil şəhərində zavodda yanğın başlayıb.

24 Mar 2023
Dünya

Xoyda baş verən zəlzələdə 68 nəfər xəsarət alıb

Bu gün səhər İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda baş verən zəlzələ nəticəsində 68 nəfər xəsarət alıb.

24 Mar 2023
Dünya

Türkiyədə çay fabrikində güclü yanğın olub - VİDEO

Türkiyənin Artvin vilayətinin Kemalpaşa bölgəsində yerləşən çay fabrikində güclü yanğın baş verib.