Polis ilk dərs günü ilə bağlı valideynlərə müraciət etdi

Polis ilk dərs günü ilə bağlı valideynlərə müraciət etdi
11 2019 17:10

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yeni tədris ilinin başlanması ilə bağlı valideynlərə müraciət edib.

İdarənin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə açıqlamasında valideynləri ilk dərs günü ilə bağlı diqqətli olmağa çağırıb:

"Yeni dərs ilinin başlaması ilə əlaqədar polis gücləndirilmiş iş rejimində xidmət edəcək. Təhsil müəssisələri, onlara bitişik küçə və yollar nəzarətə götürülməklə xidmət davam etdiriləcək. Hərəkətin sıxlığını nəzərə alaraq, valideynlər təhsil müəssisələrinə bitişik küçə və yollar üzrə hərəkət edərkən yolların hərəkət hissəsində dayanıb məktəblilərin düşürüb mindirilməsinə diqqət yetirsinlər.

Niyə diqqət yetirsinlər? Bir istiqamətli iki hərəkət zolağı olan avtomobil yolunda təxminən 30 saniyə dayanmaq eyni istiqamət üzrə hərəkətdə olan 60-a yaxın nəqliyyat vasitəsinin sürücüsünün təxminən 7-10 dəqiqə ləngiməsi deməkdir. Ona görə də avtomobil sürücüləri və sahibləri təhsil müəssisələri istiqamətində hərəkət edərkən diqqətli olmalı və başqa hərəkət iştirakçılarını da düşünməlidir.

Ən azından avtomobili olmayan və ictimai nəqliyyat vasitələri ilə hərəkət edən sərnişinlərin də məktəb istiqamətində və yaxud işə ləngiməmələri üçün bu tələblər mütləq yerinə yetirilməlidir".

21 Sent 2019
Cəmiyyət

Güclü külək əsəcək, intensiv yağışlar yağacaq - XƏBƏRDARLIQ

Güclü külək əsəcək, intensiv yağışlar yağacaq - XƏBƏRDARLIQ

21 Sent 2019
Cəmiyyət

Xəzərdə üzən bütün gəmilərə küləkli hava ilə bağlı xəbərdarlıq edildi

Xəzərdə üzən bütün gəmilərə küləkli hava ilə bağlı xəbərdarlıq edildi

20 Sent 2019
Cəmiyyət

"Su-27" döyüş təyyarəsindən qeyri-adi manevr - VİDEO

Rusiya ordusunun "Su-27" döyüş təyyarəsi ilhaq altında olan Krımda sınaq uçuşları həyata keçirib. 

20 Sent 2019
Cəmiyyət

Azərbaycanlı gənc Vikimedia Fondunun qlobal idarəçisi seçildi

Azərbaycandilli "Vikipediya"nın idarəçisi Rüfət Rəhimov Vikimedia Fondunun qlobal idarəçisi seçilib.