Polis Gəncədə evlərdən xeyli silah-sursat yığıb (SİYAHI)

Polis Gəncədə evlərdən xeyli silah-sursat yığıb (SİYAHI)
25 Noy 2016 14:03

Ayrı-ayrı vətəndaşlar tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın, partlayıcı maddə və qurğuların yığılması məqsədilə daxili işlər orqanları tərəfindən növbəti əməliyyat-axtarış tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən bildirilib ki, daxil olmuş əməliyyat məlumatı əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Gəncə ŞPBİ əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində Gəncə şəhər sakinləri Elbrus Ələkbərovun yaşadığı evə baxış zamanı 1 ədəd “ZORAKI-914” markalı tapança, 2 ədəd qumbara və 4 ədəd patron, Orxan Fətullayevin evinə baxış zamanı 1 ədəd nömrəsi silinmiş “Brauninq” markalı tapança, 2 ədəd qumbara və 1 ədəd patron, əvvəllər məhkum olunmuş Məhəmməd Hüseynovun evinə baxış zamanı 3 ədəd qumbara, 2 ədəd alışqan və 12 ədəd patron, əvvəllər məhkum olunmuş Vüsal İsayevin evinə baxış zamanı 2 ədəd qumbara, Zaur Hüseynovun evinə baxış zamanı 1 ədəd “AKS-74” markalı silah və 80 ədəd patron, qardaşı Eminin evinə baxış zamanı isə 3 ədəd qumbara və 37 ədəd patron aşkar edilərək götürülmüşdür.


9 Mar 2020
Kriminal

Bakıda 39 yaşlı kişi itkin düşdü

Bakının Binəqədi rayonunda Abşeron rayonunun 39 yaşlı sakini Rəşad İsmayıl oğlu İsmayıl itkin düşüb.

4 Mar 2020
Kriminal

Azərbaycanda polis həmkarını maşınla vurub öldürdü

Azərbaycanda polis həmkarını maşınla vurub öldürdü

20 Fev 2020
Kriminal

Terrorçulara qoşulan azərbaycanlı qadını İnterpol axtarır

Rusiya hüquq-mühafizə orqanları azərbaycanlı qadını beynəlxalq axtarışa verib.

14 Fev 2020
Kriminal

Dövlətə xəyanətdə ittiham olunan Fəxrəddin Abbasova ağır cəza

Dövlətə xəyanətdə ittiham olunan Fəxrəddin Abbasova ağır cəza

13 Fev 2020
Kriminal

“Bandotdel"dən xüsusi əməliyyat - 27 nəfər həbs edildi

Daxili İşlər Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən rəhbərləri Türkiyə Respublikasında yaşayan və Azərbaycan ərazisində onlayn narkotik satan şəxslərə qarşı genişmiqyaslı əməliyyat tədbiri keçirilib.