Beynəlxalq koalisiya qüvvələri Suriyada İŞİD terror qruplaşmasının əsas rəhbərlərindən biri Mahmud əl-İsauini zərərsizləşdiriblər.
REALPRESS.Az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə Pentaqonun yaydığı məlumatda bildirilir.
Qeyd edilir ki, Suriyada İŞİD-in fəaliyyətini koordinasiya edən Mahmud əl-İsauini 31 dekabr 2016-cı il tarixdə aviazərbələr nəticəsində öldürülüb.
“Mahmud əl-İsauini İŞİD liderləri və qruplaşmanın nəzarət etdiyi ərazilər arasında maliyyə axınına nəzarət edir, həmçinin təbliğat və kəşfiyyat əməliyyatlarına dəstək verirdi”, - məlumatda deyilir.
"Misirlə sülhün ən yaxın zamanda təmin olunmasını arzulayırıq".
"Baykar Makina"nın baş direktoru Haluk Bayraktar Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş barədə təəssüratını bölüşüb.
Donetsk vilayətində rusiyalı diversantlar məhv edilib.