Pensiyaçılara ŞAD XƏBƏR

Pensiyaçılara ŞAD XƏBƏR
11 2017 15:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə, cari ilin I yarısında daxilolmaların səviyyəsi əmək pensiyalarının maliyyələşdirilməsinin vaxtında həyata keçirilməsinə, bəzi aylarda isə pensiyaların qrafikdən əvvəl hesablara köçürülməsinə imkan verib.

REALPRESS.Az xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

Onun sözlərinə görə, ümumilikdə, cari ildə əmək pensiyalarının maliyyələşdirilməsində hər hansı problem müşahidə edilməyib: "Ötən aylarda olduğu kimi, iyul ayı üzrə də əmək pensiyalarının qrafik əsasında vaxtında maliyyələşdirilməsi təmin olunacaq. Artıq  Naxçıvan Muxtar Respublikası üzrə pensiyaların maliyyələşməsi yekunlaşıb, bu gündən etibarən isə Bakı şəhərinin rayonları üzrə ödənişin həyata keçirilməsinə başlanılacaq".

Şöbə müdiri vurğulayıb ki, ölkəmizdə pensiyaçıların sosial müdafiəsinə yönələn tədbirlərin davamı olaraq, hələ 2013-cü ildən hər ay üzrə əmək pensiyalarının ödənişi qrafiki bir qədər də əvvələ çəkilib: "Həmin vaxtdan etibarən pensiyaların maliyyələşdirilməsi işləri Naxçıvan Muxtar Respublikası üzrə hər ayın 11-dək, Bakı şəhərinin rayonları üzrə hər ayın 13-dək tam yekunlaşdırılır.

Həmçinin hər ayın 16-dək əhalisi məcburi köçkün olan rayonlar, hər ayın 18-dək respublika tabeli şəhərlər, hər ayın 24-dək respublikanın digər rayonları, hər ayın 29-dək isə hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasına aid pensiyaçılar üzrə pensiyaların maliyyələşdirilməsi başa çatdırılır.

Qrafiklə nəzərdə tutulmuş tarixlər istirahət və ya bayram günlərinə təsadüf edirsə, pensiyaların ödənişi həmin günlərdən sonrakı iş günündə həyata keçirilir. Həmçinin, bayramlar və dövlət əhəmiyyətli tədbirlərin keçirildiyi aylarda pensiyaların ödənişi qrafiki müəyyən olunmuş vaxtdan da əvvəl icra olunur ki, bu da pensiyaçıların maraqlarının nəzərə alınmasından irəli gəlir.

Qeyd olunan qrafikdən də aydın olur ki, hazırda pensiyaların ödənişində heç bir gecikmə yoxdur və iyul ayında da ölkəmizdə bütün növ pensiyaların qrafik əsasında vaxtlı-vaxtında maliyyələşdirilməsi təmin ediləcək".


12 Fev 2025
Cəmiyyət

Azərbaycandan Ukraynaya humanitar yardımın növbəti hissəsi yola salınıb

Azərbaycandan Ukrayna üçün nəzərdə tutulan humanitar yardımın növbəti hissəsi yola salınıb.

12 Fev 2025
Cəmiyyət

Sabah yağış yağacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Şimal-qərb gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

12 Fev 2025
Cəmiyyət

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

12 Fev 2025
Cəmiyyət

Qızılın qiyməti yeni rekord vurdu

Nyu-York Ticarət Birjasının "Comex" bölməsində aprel fyuçersləri üzrə qızılın qiyməti tarixi maksimumunu yeniləyərək 1 troy unsiyası üçün 2 950 dollar həddini keçib.

12 Fev 2025
Cəmiyyət

İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarovun fevralın 14-də Xaçmaz şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.