Pataqoniyada 52 milyon il yaşı olan daşlaşmış meyvə aşkar edilib

Pataqoniyada 52 milyon il yaşı olan daşlaşmış meyvə aşkar edilib
06 2017 16:52

Alimlər Latın Amerikasının cənubunda, Pataqoniya qayalıqlarında daşlaşmış qədim bitkinin nadir nümunəsini aşkar ediblər. Onların fikrincə, bu meyvə təqribən 52 milyon il əvvəl yetişib.

AZƏRTAC “bbc.com” saytına istinadla xəbər verir ki, Pensilvaniya Universitetinin alimləri həmin meyvənin müasir fizalisi xatırlatdığını bildirirlər.

Mütəxəssislər bu bitkinin təkamül prosesinin necə getdiyini hələlik bilmirlər. Belə ki, onun yalnız bir neçə toxumu aşkar edilib.

Bircə bu məlumdur ki, həmin meyvə badımcançiçəklilər fəsiləsindəndir. Bu fəsiləyə iki mindən çox bitki növü, o cümlədən kartof, pomidor, badımcan, tütün və uzun bibər kimi geniş yayılmış bitkilər daxildir.

Alimlər ümid bəsləyirlər ki, yaxın vaxtlarda Cənubi Amerikada digər qədim meyvə nümunələrini tapa biləcəklər. Yeni tapıntılar müasir bitkilərin təkamülünü və necə inkişaf etdiyini öyrənməyə imkan verəcək.


9 Dek 2023
Dünya

Dünya bazarında neft qiymətləri

Dünya bazarında neft qiymətləri artıb.

9 Dek 2023
Dünya

Finlandiya hökumətindən Rusiya ilə bağlı yeni qərar

Finlandiya hökuməti gələn həftə Rusiya ilə sərhəddə bir və ya bir neçə sərhəd-keçid məntəqəsini açmağı nəzərdən keçirir.

9 Dek 2023
Dünya

İsrail paytaxtı raket atəşinə tutuldu - VİDEO

İsrail paytaxtı Təl-Əviv də daxil olmaqla ölkənin mərkəzi bölgələrində raket xəbərdarlığı səslənib.

8 Dek 2023
Dünya

Ararat Mirzoyan Brüsselə gedəcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dekabrın 11-də Belçikanın paytaxtı Brüsselə gedəcək.

8 Dek 2023
Dünya

Azərbaycan Ordusunun 473 hərbçisinə mənzil verilib

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində daimi mənzillərin verilməsi ilə bağlı püşkatma mərasimi keçirilib.