Paşinyanın Şuşa səfərinə reaksiya: Növbəti Aprel hadisələri yaşana bilər

Paşinyanın Şuşa səfərinə reaksiya: Növbəti Aprel hadisələri yaşana bilər
10 2019 12:47


Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Dağlıq Qarabağ bölgəsinə, Şuşaya qanunsuz səfəri onun xarici siyasətində heç nəyin dəyişmədiyini göstərir.

Gözləmək olardı ki, keçmiş prezident Sarqsyanın siyasətinə etiraz edən xalqın dəstəyi ilə hakimiyyətə gələn bu az tanınan siyasətçi Ermənistanın xarici siyasətində müəyyən dəyişikliklər edəcək. Amma zaman keçdikcə məlum olur ki, bu dəyişikliklər yoxdur və məhz bunun nəticəsidir ki, Ermənistanın özündə Paşinyanın reytinqi günü-gündən azalmaqdadır.

Bunu realpress.az-a açıqlamasında millət vəkili, politoloq Aydın Mirzəzadə deyib.

Millət vəkili bildirib ki, Ermənistanın mövcud problemlərinin kökündə ilk növbədə onun Azərbaycana qarşı işğalçılıq siyasətinin dayanması hələ də yeni hakimiyyətin düşüncəsinə hakim ola bilmir.

“Paşinyanın yenə də işğalçılıq siyasətini davam etdirməsi, Azərbaycana qarşı təxribatçılıq hərəkətləri törətməsi Sarqsyanın fəaliyyətindən heç nə ilə fərqlənmir.

Amma bir məsələ var: eyni siyasət eyni nəticə ilə sonuclanır, bitir və bu baxımdan, tamamilə gözləniləndir ki, müəyyən dövrdən sonra cəbhə xəttində Ermənistanın təxribatlarına cavab olaraq, yenidən Aprel hadisələri sayağı hadisələr baş versin.

Tamamilə gözləniləndir ki, Ermənistanın özündə Paşinyan siyasətinə qarşı daha güclü etiraz dalğası başlasın. Tamamilə gözləniləndir ki, Ermənistan Sarqsyan-Paşinyan siyasəti nəticəsində tamam pis, dözülməz vəziyyətə düşsün.

Eyni zamanda, əgər Paşinyan hesab edirsə ki, onun ritorikası Azərbaycanı yanlış yola döndərəcək, yaxud da Azərbaycan onun provakasiyalı hərəkətlərinə göz yumacaq, çox yanılır.

Azərbaycan öz mənafeyini, öz qürurunu qorumaq qüdrətindədir və bu cür hərəkətlər Azərbaycan tərəfindən çox sərt reaksiya ilə üzləşəcək”, - deyə A.Mirzəzadə əlavə edib.

Məlumat üçün bildirək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın Şuşa şəhərinin işğalı şərəfinə düzənlənən mərasimə qatılıb. Daha sonra o,  Azərbaycan şəhərində Azərbaycan xalq mahnısına oynayan ermənilərə qoşulub, “Yallı” gedib.

Paşinyanın bu addımı Azərbaycan tərəfindən kəskin reaksiya doğurub. Azərbaycan XİN hadisələrin bundan sonrakı mümkün inkişafı ilə bağlı bütün məsuliyyətin Ermənistan rəhbərliyinin üzərinə düşdüyünə dair bəyanat yayıb.


16 Apr 2021
Siyasət

İlham Əliyev və Mehriban Əliyeva Xalq artistinin vəfatı ilə bağlı nekroloq imzaladılar

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, tanınmış kinorejissor və ssenarist, respublika Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti, professor Eldar Tofiq oğlu Quliyev 2021-ci il aprelin 16-da ömrünün 81-ci ilində vəfat edib.

16 Apr 2021
Siyasət

İlham Əliyev və Mehriban Əliyeva Pirşağı qəsəbəsində - YENİLƏNİB + FOTO

Aprelin 16-da Bakının Pirşağı qəsəbəsində yenidənqurma tədbirlərinə start verilib və təmir-bərpa işlərinin təməli qoyulub.

16 Apr 2021
Siyasət

İlham Əliyev və Mehriban Əliyeva Pirşağı qəsəbəsində - YENİLƏNİB + FOTO

Aprelin 16-da Bakının Pirşağı qəsəbəsində yenidənqurma tədbirlərinə start verilib və təmir-bərpa işlərinin təməli qoyulub.

16 Apr 2021
Siyasət

İlham Əliyev və Mehriban Əliyeva Pirşağıda təməlqoyma mərasimində - VİDEO

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Pirşağı qəsəbəsində yenidənqurma və təmir-bərpa işlərinin təməlqoyma mərasimində iştirak ediblər. 

16 Apr 2021
Siyasət

Deputatlar AŞPA-nın yaz sessiyasına yollanır

Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin üzvləri Sevinc Fətəliyeva, Rafael Hüseynov, Nigar Arpadarai, Kamal Cəfərov və Erkin Qədirli qurumun yaz sessiyasında iştirak etmək üçün aprelin 17-dən 23-dək Strasburqda səfərdə olacaqlar.