“Pakistan hava yolları”na məxsus sərnişin təyyarəsinin Karaçi aeroportunun yaxınlığında qəzaya uğraması nəticəsində 107 nəfər ölüb.
bununla bağlı Karaçi meri Vasim Axtar məlumat verib.
Karaçidə yaşayış məntəqəsinə düşən “Airbus A320” təyyarəsinin göyərtəsində ümumilikdə 107 nəfər olub.
Bu barədə “The New York Times”ın verdiyi xəbərdən məlum olub.
“Göyərtəsində 99 sərnişin və 8 heyət üzvü olan RK 8303 təyyarəsi qəzaya uğrayıb”, - deyə məlumatda bildirilib.
“Pakistan hava yolları”na məxsus sərnişin təyyarəsi Karaçi aeroportunun yaxınlığında qəzaya uğrayıb.
Bununla bağlı 360.tv xəbər yayıb.
Təsdiq olunmayan məlumata görə, göyərtədə 90-a yaxın adam olub. Əlavə edilir ki, hava gəmisi yaşayış məntəqəsinə düşüb.
Almaniyada koronavirusdan son 24 saatda daha 859 nəfər ölüb.
Kipr martın 1-dən sərhədlərini və hava yolunu bütün xarici dövlətlərdən gələn turistlərə açır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra Üsküdardakı Kərəm Aydınlar məscidinin qarşısında media nümayəndələrinin suallarını cavablandırıb.