Pakistan parlamenti Konstitusiyaya düzəliş edərək terrorizmdə günahlandırılan ölkə vətəndaşlarının işləri ilə məşğul olan məxfi hərbi məhkəmələrin bərpa edilməsinin lehinə səs verib.
Yerli mətbuatın yaydığı məlumata görə, ölkənin mülki məhkəmələri bu cür işləri aparmaq üçün kifayət qədər təcrübəyə malik deyil və onlar terrorçuların hədəfinə tuş gəlməkdən qorxduqlarından bəzən kəsilən cəzalar reallığı əks etdirmir.
Bu məhkəmələrdə günahlandırılan şəxsin vəkil tutması, KİV-ə çıxması, məhkəmənin keçirildiyi vaxt və məkan haqqında məlumat ötürməsi, apelyasiya şikayəti verməsi qadağan edilib.
Məlumatda deyilir ki, ölkədə belə hərbi məhkəmələrin yaradılması 2014-cü ilin dekabrında Peşəvərdə terrorçuların hərbi məktəbə hücumu və 150-dən artıq adam öldürməsindən sonraya təsadüf edir.
Azərbaycanın qadın badmintonçusu Keişa Fatimə Zəhra Perunun paytaxtı Limada keçirilən “İnternational challenge” seriyalı beynəlxalq turnirdə bürünc medal qazanıb.
Nigeriyanın şimal-şərqində “Boko Haram” terror təşkilatı mülki əhaliyə hücum aktı həyata keçirib.
Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 276 270 hərbçisi məhv edilib.