POS terminal komissiyasına görə bankların sıralaması – SİYAHI

POS terminal komissiyasına görə bankların sıralaması – SİYAHI
06 2017 16:10

Qanunvericilikdə baş verən dəyişikliklər nəticəsində son dövrdə nağdsız hesablaşmalara keçiddə canlanma müşahidə edilir.  Nağdsız hesablaşmaların artmasını təmin edəcək digər bir amil bu növ ödənişləri  qəbul edə bilən pərakəndə ticarət məntəqələrin artmasıdır. Bu isə həmin ticarət obyektlərində POS terminalların quraşdırılması ilə həyata keçirilir.  Bu qurğulardan istifadə sahibkara müəyyən üstünlüklər (inkassator xidmətlərinə ehtiyacın azalması, səhv hesablaşmaların qarşısının alınması və s.) verir. Lakin bu xidmətin özü də sahibkarlardan müəyyən komissiya tələb edir. Hazırda bankların təklif etdiyi POS terminallar üzrə bu komissiya 0.9-5% arasında dəyişir.

POS terminallar üzrə ödənişlərdən tutulan komissiyaya görə bankların sıralamasını sizə təqdim edirik. Həmçinin bu cədvəldə POS terminallar ilə bağlı digər şərtlər də əks etdirilib.

Sıra Banklar Komissiya haqqı Şərtlər
1 DəmirBank 0.90% İlkin ödəniş tələb olunmur. Komissiya haqqı 0.9% təşkil edir.
2 AccessBank QSC 1% İlkin ödəniş tələb olunmur. Bankın öz kartlarından istifadə zamanı 1%, digər kartlarla əməliyyatlar üçün 2% komissiya haqqı tutulur.
3 AFB Bank 1.00% İlkin ödəniş tələb olunmur. “Azərikard” prosessinq mərkəzinə aid kartlarla əməliyyatlar üçün  1%, digər kartlarla əməliyyatlar üçün 2.5% komissiya haqqı tutulur.
4 Amrahbank 1% İlkin ödəniş 1000-1500 AZN və depozit məbləği 200 AZN tələb olunur. Aylıq ödənişlər 15 AZN təşkil edir. “Azərikard” prosessinq mərkəzinə aid kartlarla əməliyyatlar üçün  1%, digər kartlarla əməliyyatlar üçün 2% komissiya haqqı tutulur.
5 Bank Respublika 1%  “Paykart” partnyorlar üçün ilkin ödəniş 0 AZN, komissiya haqqı isə 1-2% təşkil edir.
6 Bank VTB 1% İlkin ödəniş yoxdur, depozit məbləği 240 AZN təşkil edir. Bankın öz kartlarından istifadə zamanı 1%, “Azərikard” prosessinq mərkəzinə aid kartlarla əməliyyatlar üçün 1.2%, digər kartlarla əməliyyat zamanı isə 2.6% komissiya haqqı tutulur.
7 Rabitəbank 1% İlkin ödəniş tələb olunmur. Depozit məbləği 500 AZN təşkil edir. Prosessinq daxili əməliyyatlara görə 1%, prosessinq xarici əməliyyatlara görə isə 2% komissiya haqqı tutulur. Xüsusi hallarda 0.5%-lik komissiya haqqı da tətbiq oluna bilər.
8 Silk Way Bank 1% İlkin ödəniş tələb olunmur. “Azərikard” prosessinq mərkəzinə aid kartlarla əməliyyatlar üçün 1%, digər kartlarla əməliyyat zamanı isə 2.5% komissiya haqqı tutulur.
9 TuranBank 1% İlkin ödəniş tələb olunmur. Depozit məbləği 600 AZN təşkil edir. “Azərikard” prosessinq mərkəzinə aid kartlarla əməliyyatlar üçün 1%, digər kartlarla əməliyyat zamanı isə 3% komissiya haqqı tutulur.
10 Muğanbank 1.18% İlkin ödəniş tələb olunmur. “Azərikard” prosessinq mərkəzinə aid kartlarla əməliyyatlar üçün 1.18%, digər kartlarla əməliyyat zamanı isə 3.18% komissiya haqqı tutulur.
11 Expressbank 1.20% İlkin ödəniş tələb olunmur, depozit məbləği 250 AZN təşkil edir. “MilliKart” prosessinq mərkəzinə aid kartlarla əməliyyatlar üçün  1.2%, digər kartlarla əməliyyatlar üçün 2.2% komissiya haqqı tutulur.
12 AtaBank 1.30% İlkin ödəniş tələb olunmur. “Azərikard” prosessinq mərkəzinə aid kartlarla əməliyyatlar üçün  1.3%, digər kartlarla əməliyyatlar üçün 2.6% komissiya haqqı tutulur.
13 CDB Bank 1.50% İlkin ödəniş tələb olunmur. “Azərikard” prosessinq mərkəzinə aid kartlarla əməliyyatlar üçün  1.5%, digər kartlarla əməliyyatlar üçün 2.8% komissiya haqqı tutulur.
14 Günay Bank 1.50% İlkin ödəniş tələb olunmur. “MilliKart” prosessinq mərkəzinə aid kartlarla əməliyyatlar üçün  1.5%, digər kartlarla əməliyyatlar üçün 2.5% komissiya haqqı tutulur.
15 Bank Avrasiya 1.83% İlkin ödəniş tələb olunmur. Yerli əməliyyatlar zamanı 1.83%, xarici əməliyyatlar zamanı isə 2.83% komissiya haqqı tutulur.
16 PAŞA Bank 2% İlkin ödəniş 300 AZN təşkil edir. POS terminal supermarketlərdə quraşdırılmışdırsa komissiya haqqı 2%, digər hallarda isə 2.2% təşkil edir.
17 NİKOYL Bank 2.18% İlkin ödəniş tələb olunmur. “Azərikard” prosessinq mərkəzinə aid kartlarla əməliyyatlar üçün 2.18%, digər kartlarla əməliyyat zamanı isə 3.20% komissiya haqqı tutulur.
18 AGBank 3% İlkin ödəniş tələb olunmur. “Azərikard” prosessinq mərkəzinə aid kartlarla əməliyyatlar üçün  2.5%, digər kartlarla əməliyyatlar üçün 3.5% komissiya haqqı tutulur.
19 Bank BTB 2.50% İlkin ödəniş tələb olunmur. Komissiya haqqı 2.5% təşkil edir.
20 Yapı Kredi Bank Azərbaycan QSC 2.50% Taksit imkanları yaradan sahibkarlar üçün ilkin ödəniş pulsuz, digərləri üçün isə 15 AZN təşkiledir.
21 Azər Türk Bank 2.60% İlkin ödəniş tələb olunmur. American Express kartlarilə əməliyyatlar zamanı 5%, Visa və Mastercardla əməliyyatlar zamanı isə 2.6% komissiya haqqı tutulur.
22 Xalq Bank   İlkin ödəniş tələb olunmur, depozit məbləği 500 AZN təşkil edir. Komissiya haqqı üzrə məbləğ razılaşma yolu ilə təyin olunur.
23 Unibank KB   Müştəri hər bir POS-terminal üzrə 750 AZN ödəyir və ya müştəri tərəfindən POS-terminal üçün 1000 AZN sığorta depoziti ödənilir. Ayda 3000 AZN və daha yuxarı dövriyyə olmadığı halda hər ay sığorta depoziti hesabından 100 AZN xidmət haqqı olaraq silinir.


31 Yan 2022
İqtisadiyyat

Azərbaycandan pambıq ipliyinin ixracı üç dəfədən çox artıb

2021-ci il ərzində Azərbaycanın ixracı 22,2 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,7 mlrd. ABŞ dolları təşkil edib.

24 Yan 2022
İqtisadiyyat

Azərbaycanın qiymətli kağızlar bazarı 20% böyüyüb

2021-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında 16 879,3 milyon manatlıq əməliyyat aparılıb.

22 Yan 2022
İqtisadiyyat

Manatın məzənnəsi ilə bağlı proqnoz AÇIQLANDI

Güman edirik ki, Azərbaycan manatın ABŞ dollarına qarşı 1 dollar/1,7 manat səviyyəsində olan sərt bağlılığını qoruyub saxlayacaq.

14 Yan 2022
İqtisadiyyat

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft ucuzlaşıb.

13 Yan 2022
İqtisadiyyat

"33 ölkənin adı keçən siyahıda Azərbaycan 18-ci yerdədir"

Azərbaycanın yerüstü su ehtiyatlarının 30 faizi ölkə ərazisində, 70 faizi isə qonşu ölkələrin ərazisində formalaşır.