Özü həkimə gedən dələ (FOTO)

Özü həkimə gedən dələ (FOTO)
16 2017 08:44

Finlandiyanın Sipoo şəhərində təəccübləndirici bir hadisə yaşanıb. Trend xarici KİV-lərə istinadən xəbər verir ki, yaralanmış kiçik dələ özü yerli veterinar klinikaya gedib və kiçik heyvanlar üzrə mütəxəsis Samuli Heyskanenin çiyninə dırmaşıb.

Hadisə haqqında danışarkən həkim bildirib: “Gözlənilmədən dələ qapıdan içəri girdi və mənə doğru gəldi. Gördüm ki, kiçik dələnin burnundan qan gəlir və o çox əldən düşmüş və yorğun görünür. Yəqin, dələ özü də başa düşüb ki, köməyə ehtiyacı var”.

Klinikada dələyə su və qida veriblər və ona lazımi köməyi göstəriblər. Bundan sonra dələnin vəziyyəti yaxşılaşıb.

Həkimin sözlərinə görə, dələ artıq sanki gülür. Həkim hesab edir ki, dələnin burnunun qanamasına səbəb onun hündürlükdən düşməsi ola bilər.



18 Sent 2023
Maraqlı

Uşağın dəcəlliyindən özünü qorumaq üçün oyuncaq təqlidi edən pişik hər kəsi güldürdü - VİDEO

Sosial şəbəkələrdə pişiyin hiyləgərliyini əks etdirən video böyük maraqla qarşılanıb.

10 Apr 2023
Maraqlı

Hibrid Günəş tutulması baş verəcək

Aprelin 20-də ilin ilk Günəş tutulması baş verəcək.

24 Yan 2023
Maraqlı

Reyhan

Reyhan haqqında ümumi məlumat