Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin tabeçiliyində fəaliyyət göstərən balıqartırma müəssisələrində 2016-cı il ərzində 406,58 milyon müxtəlif növ vətəgə əhəmiyyətli balıq körpəsi süni yolla artırılaraq respublikanın müəyyən edilmiş su hövzələrinə buraxılıb.
Departamentdən AZƏRTAC-a verilən məlumata görə, bütün balıq növləri üzrə müəyyən edilmiş proqnozlara 91 faiz əməl olunub. Su hövzələrinə buraxılan balıq körpələrinin 7,57 milyonunu nərə cinslilər, 398,81 milyonunu çəkikimilər, 199,8 minini isə qızıl balıqlar təşkil edib.
Bu gün paytaxtda velosiped infrastrukturu demək olar ki, yoxdur. Lakin qarşıda velosiped zolaqlarının çəkilməsi nəzərdə tutulur.
Bakı metrosunun son 7 ilində yeraltı yolların inkişafı, yeni sahələrin tikintisi davam edib.
“Böyük hünərlərlə zəngin olan illərin sırasında bütün dünyanın həyat ahəngini pozan pandemiya metropolitenimizin normal fəaliyyəti qarşısında ciddi əngəllər yaradıb”.