Ötən il Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda 183 rezident hazırlanıb

Ötən il Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda 183 rezident hazırlanıb
14 2017 11:44

İnstitutda tədris təqvim planına müvafiq olaraq, 2016-cı ildə də bütün regionları əhatə etməklə səyyar və distant kurslar aparılıb, 225 müdavim iş yerindən ayrılmamaq şərti ilə təhsil alıb. Müxtəlif ixtisaslar üzrə 7208 müdavim ixtisasartırmalara cəlb olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyində ötən ilin yekunları ilə bağlı keçirilən kollegiya iclasında Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Qasımov çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin dəstəyi ilə il ərzində institutun kafedralarında əcnəbi mütəxəssislər ümumilikdə 60 mühazirə oxuyub, onları 351 həkim-müdavim dinləyib.

N.Qasımov vurğulayıb ki, institutda bütün ixtisaslar üzrə həkim və əczaçıların peşə hazırlığı həyata keçirilib, 31 ixtisas üzrə 183 rezident hazırlanıb.

İnstitutda 25 mövzu üzrə fundamental elmi tədqiqatların aparıldığını deyən rektor Səhiyyə Nazirliyi tərəfindən qarşıya qoyulan tapşırıq və layihələrin yüksək səviyyədə yerinə yetirildiyini diqqətə çatdırıb.


4 Dek 2023
Dünya

Türkiyənin daha 130 vətəndaşı Qəzza zolağından Misirə keçib

Türkiyə Qəzza zolağından Misirə keçən 130 vətəndaşını və onların yaxınlarını təxliyə etmək niyyətindədir.

4 Dek 2023
Dünya

İraq Prezidenti İran Baş Qərargahının rəisi ilə görüşüb

İraq Prezidenti Abdul Lətif Rəşid İran Silahlı Qüvvələr Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri ilə Bağdadda görüşüb.

4 Dek 2023
Dünya

Dekabrın 4-də Qəzzanı tərk etmək icazəsi alan şəxslərin sayı AÇIQLANDI

Dekabrın 4-də 500-dən çox fələstinli, əcnəbi vətəndaş və ikili vətəndaşa Qəzza zolağından çıxmağa icazə verilib.

4 Dek 2023
Dünya

Türkiyədə zəlzələ: İstanbulda binaya, Bursada isə evə zərər dəyib - YENİLƏNİB - 2

Türkiyədə bu gün baş vermiş zəlzələ zamanı İstanbulun Esenler rayonunda 1 bina, Bursanın Mudanya rayonunda isə 1 ev xəsarət alıb.