Ötən il Azərbaycan ərazisində maqnitudası 3-dən yuxarı olan 91 zəlzələ baş verib. Yeraltı təkanlardan 18-i hiss edilib. İl ərzində ən güclü zəlzələ isə avqustun 1-də 5, 6 bal gücündə İmişli ərazisində olub.
AZƏRTAC xəbər verir ki, bu faktlar 2016-cı ildə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində aparılmış elmi-istehsalat işlərinə dair illik hesabatda əks olunub.
Hesabatda qeyd olunur ki, il ərzində Respublika Seysmoloji Xidmət Mərkəzinin 42 seysmik stansiyası tərəfindən (35 daimi və 7 stasionar) 9905 zəlzələ qeydə alınıb. Bundan başqa, Azərbaycan ərazisində və dünyada olan 15 minə yaxın zəlzələ Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən təhlil edilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri Bakıda yerləşən Müqəddəs Məryəm Katolik Kilsəsini ziyarət edib, dini icmanın fəaliyyəti ilə tanış olublar.
Bu ilin yanvar-may aylarında Azərbaycanda hava nəqliyyatı ilə 1 milyon 495 min 500 sərnişin daşınıb.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun növbəti iclası Xankəndi şəhərində baş tutub.