Ötən il 23 mindən çox elektron imza sertifikatı istifadəyə verilib

Ötən il 23 mindən çox elektron imza sertifikatı istifadəyə verilib
09 2017 13:18

2016-cı ildə 23 mindən çox elektron imza sertifikatı istifadəyə verilib.

Bu barədə Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat-Hesablama Mərkəzindən məlumat verilib.

Bildirilir ki, 4 ildən çoxdur ki, Azərbaycanda sənəd mübadiləsində tətbiq olunan elektron imza vaxta və bu iş üçün ayrılan işçi qüvvəsinə qənaət etməklə, məsafələrin yaxınlaşmasına xidmət edir. Elektron sənədin təsdiqləyici elementi olan elektron imza virtual məkanda prosesin iştirakçılarının şəxsiyyətini müəyyənləşdirir, elektron sənəd mübadiləsinin təhlükəsiz və çevik icrasını təmin edir.

Elektron imzanın üstünlüklərinə vaxta qənaət, məxfilik, rahatlıq, bütünlük, tanınma, inkaredilməzlik məsuliyyətdən yayınmanın mümkünsüzlüyü, işgüzar münasibətlərin və əlaqələrin tamamilə elektron formata keçirilməsi daxildir. Elektron imza ilə imzalanmış sənədlər bir neçə saniyə ərzində lazım olan yerə çatdırıla bilər. Elə buna görə də, elektron imzadan istifadə göstəricisi artmaqdadır.

Belə ki, 2016-cı ildə dövlət qurumlarına 18,470, fiziki şəxslərə 1,400, hüquqi şəxslərə isə 3,170 olmaqla, ümumilikdə 23,040 elektron imza sertifikatı istifadəyə verilib. Bu da 2015-ci il ilə müqayisədə 6,254 sertifikat sayı çoxdur və indiyə qədər verilmiş elektron imza sertifikatları sayının 23%-ni təşkil edir.

Məlumat üçün qeyd edək ki, elektron imza sertifikatlarının istifadəyə verildiyi gündən 1 yanvar 2017-ci il tarixinə qədər olan statistikaya əsasən, Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən dövlət qurumları üzrə 65,982, fiziki şəxslər üzrə 17,210, hüquqi şəxslər üzrə isə 17,024 olmaqla, ümumilikdə 100,216 elektron imza sertifikatı istifadəyə verilib.

2016-cı il ərzində dövlət qurumları tərəfindən 7,460,300, habelə hüquqi və fiziki şəxslər tərəfindən 1,339,822 olmaqla, ümumilikdə 8,800,122 autentifikasiya və elektron imza əməliyyatları aparılıb. Bu isə 2011-ci ildən indiyə qədər aparılmış 17,852,793 autentifikasiya və elektron imza əməliyyatlarının 49%-i deməkdir.

Elektron imza, həmçinin “Elektron hökumət” portalının autentifikasiya vasitələrindəndir. 2016-cı il ərzində elektron imza kartları vasitəsi ilə portalda ümumilikdə 4,527,251 autentifikasiya qeydə alınıb.

Xatırladaq ki, ötən il Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən elektron imza sertifikat daşıyıcılarının yeni növü - USB tokenlər də istifadəçilərin ixtiyarına verilib. İstifadəsi və daşınması daha rahat olan bu daşıyıcılar vasitəsi ilə elektron imza açarlarının təhlükəsiz saxlanılması ilə yanaşı, əhalinin büdcəsinə qənaət edilir. Belə ki, bu tokenlərdən istifadə üçün kart oxuyucu almağa ehtiyac qalmır.

Qeyd edək ki, elektron imza sertifikatının yeni daşıyıcısı USB tokenləri Milli Sertifikat Xidməti Mərkəzinin qeydiyyat mərkəzlərinə yaxınlaşaraq və ya elektron imza saytına (www.e-imza.az) mürəciət etməklə, yaxud da “Elektron hökumət” portalı vasitəsi ilə onlayn sifariş yolu ilə əldə etmək mümkündür. “Elektron imza” kartlarından 2012-ci ildən etibarən dövlət idarəçiliyi sahəsində geniş istifadə olunur.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.