Oruc tutmaq barədə 7 yanlışlıq

Oruc tutmaq barədə 7 yanlışlıq
13 2019 09:19

Realpress.az oruc haqqında 7 yanlış stereotipləri təqdim edir.

1. Yanlışlıq: Çimmək, duş qəbul etmək olmaz.

Həqiqət: Olar. Sadəcə, başı bütünlüklə suyun altına salmaq (suya baş vurmaq) olmaz.

 

2. Yanlışlıq: Ağız suyunu (tüpürcəyi) udmaq olmaz.

Həqiqət: Oruc tutan şəxsin ağız suyunu udmasında heç bir məhdudiyyət yoxdur.

3. Yanlışlıq: Ağzı yaxalamaq və dişləri təmizləmək olmaz.

Həqiqət: Olar. Sadəcə, diqqət etmək lazımdır ki, su boğazdan aşağı getməsin.

4. Yanlışlıq: Orucluq vaxtı toy-bayram keçirtmək olmaz.

Həqiqət: Mübarək ayda toy etməklə bağlı heç bir məhdudiyyət yoxdur. Məhdudiyyət, hər zaman olduğu kimi, haram məclislərə və bunlara xas atributlaradır.

5. Yanlışlıq: Namaz qılmayan oruc tuta bilməz.

Həqiqət: Bunlar - 2 müxtəlif vacib əməllərdir. Lakin, onlardan birinin yerinə yetirilməsi digərinin yerinə yetirilməsindən asılı deyil və bununla şərtlənmir.

6. Yanlışlıq: Səhvən nəsə yeyəndə və ya içəndə oruc pozulur və onu artıq davam etmək gərək deyil.

Həqiqət: Səhvən nəyisə yemək və içmək orucu pozmur. Amma, oruc tutduğunuzu xatırladığınız anda dərhal qida və maye qəbulunu dayandırmaq və qida qalığını ağız boşluğundan xaric etmək gərəkdir.

7. Yanlışlıq: Oruc tutan iynə və peyvənd vura bilməz.

Həqiqət: Bilər. Məhdudiyyət yalnız qidanı əvəz edən iynələrə, məsələn, qlükozaya aiddir.


12 Dek 2019
Maraqlı

Bu xəstəliklərin ilkin əlamətləri dırnaqlardan başlayır — SİYAHI

Dırnaqlarınız ciddi xəstəliklərdən və yaxud sağlamlıq problemləriniz haqqında önəmli siqnallar verir. Odur ki, dırnaqlarda əyriliyə, qırıqlara, girinti və çıxıntılara baxın. Əgər dırnaqlarınız tez qırılarsa, qalınlığını yoxlayın. Dırnağın, altındakı və ətrafındakı dərinin rənginə də baxın. Çünki ağciyərdən ürəyə, hepatitdən bağırsaq xəstəliklərinə, hətta QİÇS-ə qədər bir çox xəstəliyin ikin əlamətləri özünü dırnaqlarda göstərir.

12 Dek 2019
Maraqlı

Tez-tez ağlamaq istəyi... - Xanımların DİQQƏTİNƏ!

Qadınlarda davamlı ağlama istəyi menopauzanın əlaməti ola bilər.

12 Dek 2019
Maraqlı

Azərbaycanlılar "google"da ən çox bu sözləri axtarır — SİYAHI

Azərbaycanda "google" axtarış sistemi vasitəsi ilə ən çox axtarılan sözlər məlum olub.

12 Dek 2019
Maraqlı

Litvanın hava limanında müsadirə olunan əşyalardan yolka düzəltdilər – VİDEO

Litvanın hava limanında müsadirə olunan əşyalardan yolka düzəltdilər – VİDEO

11 Dek 2019
Maraqlı

Yer üçün təhlükəli asteroidin sirli fəaliyyətinin səbəbi bilindi

ABŞ-da Arizona Universitetinin alimləri Yer üçün potensial təhlükəli "Bennu" asteroidinin sirli fəaliyyətinin səbəbini tapıblar.