Ordumuzun təlimlərindən - FOTO/VİDEO

Ordumuzun təlimlərindən - FOTO/VİDEO
21 2019 10:41


Azərbaycan ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin növbəti mərhələsində plana uyğun olaraq qoşunların fəaliyyətləri ilə bağlı verilən tapşırıqlar xəritələr üzərinə işlənilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, mürəkkəb radioelektron şəraitdə kəşfiyyat və digər orqanlardan əldə olunan və yerlərdəki komandirlərdən daxil olan məlumatlar xəritələrdə əks olunur.

Mövcud vəziyyətə uyğun hazırlanan məruzələr sərəncam şəklində icra edilməsi məqsədilə müasir rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri vasitəsilə komandir-rəis heyətinə çatdırılır.

Eyni zamanda, səhra şəraitində yaradılan əsas komanda məntəqəsinin atəşlə zərərvurmanın planlaşdırılması qrupu tərəfindən döyüşün gedişində atəşlə təlafat verilməsini effektiv təmin etmək məqsədilə düşmənin mühüm hərbi hədəfləri seçildikdən, aviasiya, zenit-raket və artilleriya qurğuları, həmçinin digər atəşlə zərərvurma vasitələri arasında bölüşdürüldükdən sonra müvafiq komandalar qoşunlara ötürülür.


26 Fev 2020
Hərbi

Türkiyə XİN Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı

Türkiyə XİN Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı

26 Fev 2020
Hərbi

Xocalı soyqırımına həsr olunmuş bu sənədli film böyük maraq doğurdu - VİDEO

Xocalı soyqırımına həsr olunmuş bu sənədli film böyük maraq doğurdu - VİDEO

25 Fev 2020
Hərbi

Torontoda Xocalı soyqırımı ilə bağlı fləşmob keçirilib - VİDEO

Torontoda Xocalı soyqırımı ilə bağlı fləşmob keçirilib - VİDEO

24 Fev 2020
Hərbi

Azərbaycan-Ermənistan sərhədində təxribat: Şəhidimiz var

Azərbaycan-Ermənistan sərhədində təxribat: Şəhidimiz var

21 Fev 2020
Hərbi

Dağlıq Qarabağda etirazlar başladı: Qondarma rejimin istefası tələb edilir

Dağlıq Qarabağda etirazlar başladı: Qondarma rejimin istefası tələb edilir