Oqtay Əsədov: Bəzən AŞPA monitorinq altında olan ölkələrə qarşı bir cəza orqanı kimi çıxış edir

Oqtay Əsədov: Bəzən AŞPA monitorinq altında olan ölkələrə qarşı bir cəza orqanı kimi çıxış edir
17 2017 09:22

Təəssüflə qeyd etməliyəm ki, bəzən AŞPA monitorinq altında olan ölkələrə qarşı bir cəza orqanı kimi çıxış edir.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu parlament sədri Oqtay Əsədov Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin martın 15-16-da Azərbaycan parlamentində keçirilmiş iclasının iştirakçıları ilə görüşündə deyib.

Milli Məclisin sədri Azərbaycanın AŞPA ilə əlaqələrin inkişafına böyük önəm verdiyini deyib və təşkilatın yuxarıda adı çəkilən komitəsinin Bakıda iclasının keçirilməsini müsbət dəyərləndirib. Qeyd edilib ki, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qaçqınlar problemi ilə üzləşmiş Azərbaycan üçün belə bir komitənin Bakıda toplaşması çox önəmlidir. Ermənistan-Azərbaycan münaqişəsinin nəticəsi kimi ölkəmizdə 1 milyondan çox qaçqın var. Onların sosial problemlərinin həlli Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir. Bu məqsədlə hətta ayrıca Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün Azərbaycan dövləti tərəfindən lazımi addımlar atılmaqdadır. Bu gün məlum səbəblər üzündən qaçqınlar problemi ilə üzləşmiş Avropa üçün Azərbaycanın təcrübəsi çox maraqlı ola bilər.

Görüşdə O.Əəsədov daha sonra deyib ki, biz 2001-ci ildən AŞPA-nın tamhüquqlu üzvüyük: "Bu müddət ərzində təşkilatın müxtəlif qurumları ilə sıx münasibətdə olmuşuq. Təəssüflə qeyd etməliyəm ki, bəzən AŞPA monitorinq altında olan ölkələrə qarşı bir cəza orqanı kimi çıxış edir. Biz qarşılıqlı hörmətə və anlaşmaya əsaslanan əməkdaşlığa tərəfdarıq. Təəssüf ki, bir sıra Avropa qurumlarındakı ikili standartlar bu münasibətlərin daha da dərinləşməsinə bəzən kölgə salır. Ermənistanın nəinki Dağlıq Qarabağı, hətta onun ətrafında olan rayonları belə işğal etməsinə baxmayaraq, bu qurumun sənədlərində Ermənistan haqqında “işğalçı ölkə” kəlməsi belə işlədilmir. 2013-cü ildə Ukraynada baş vermiş böhran zamanı Rusiyaya sanksiyalar tətbiq olunduğu halda Ermənistana münasibətdə biz bunu görmürük. Ümid edirik ki, gələcəkdə bu kimi hallar aradan qaldırılacaq, quruma üzv ölkələrə münasibətdə ədalətli mövqe sərgilənəcək".

Sədr müstəqil Azərbaycanın AŞPA ilə əlaqələri gələcəkdə daha da dərinləşdirmək niyyətində olduğunu ifadə edərək, mayda bu təşkilatın daha bir komitəsinin Bakıda iclasının keçiriləcəyini söyləyib. Qeyd edilib ki, bütün bunlar əməkdaşlığımızın gələcəyinə böyük ümidlərlə baxmağa imkan verir.

Görüşdə Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, təşkilatın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri Sahibə Qafarova çıxış edərək AŞPA-nın komitəsinin Bakıda yüksək səviyyədə keçirilməsi üçün göstərilən diqqət və qayğıya görə Milli Məclis rəhbərliyinə komitə üzvləri adından öz dərin təşəkkürlərini bildiriblər. Qeyd edilib ki, Bakıda olduqları müddətdə avropalı deputatlar qaçqınlar şəhərciyində olub, Dağlıq Qarabağdan olan insanlarla görüşüb, söhbətlər aparıblar.

Tədbirdə çıxış edən digər komitə üzvləri Azərbaycan parlamentində olmaqlarından məmnunluq duyduqlarını söyləyiblər və ölkə paytaxtından aldıqları xoş təəssüratları bölüşüblər. Qonaqlar ümidvar olduqlarını bildiriblər ki, AŞPA ilə Azərbaycan arasındakı əlaqələr bundan sonra da inkişaf edəcək.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.


13 Dek 2024
Siyasət

Xarkovda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Ukraynanın Xarkov şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

13 Dek 2024
Siyasət

Heydər Əliyev Fondu "Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı" layihəsini həyata keçirir

Heydər Əliyev Fondunun "Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı" layihəsi çərçivəsində Ruandaya səfər edən Fondun vitse-prezidenti Leyla Əliyeva paytaxt Kiqali şəhərinin yaxınlığında yerləşən məktəbdə olub.

13 Dek 2024
Siyasət

Xocalının Ballıca kəndinə köç edən sakinlərə mənzillərinin açarları təqdim edilib

Xocalının Ballıca kəndinə yola salınan köç karvanı kəndə çatıb, yeni ailələrə mənzillərin açarları təqdim edilib.

13 Dek 2024
Siyasət

Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun komandanı Türkiyəyə səfər edib

Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanı general-mayor Kənan Seyidov Türkiyənin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlunun dəvəti ilə Ankaraya səfər edib.

13 Dek 2024
Siyasət

Leyla Əliyeva Ruanda Prezidenti ilə görüşüb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dekabrın 13-də Kiqali şəhərində Ruanda Respublikasının Prezidenti Pol Kaqame ilə görüşüb.