On bankın qorunan əmanətçilərinə 717 milyon 726 min manatdan artıq kompensasiya ödənilib

On bankın qorunan əmanətçilərinə 717 milyon 726 min manatdan artıq kompensasiya ödənilib
14 Dek 2016 10:25

Əmanətlərin Sığortalanması Fondu tərəfindən dekabrın 12-də "Parabank" ASC-nin qorunan əmanətçilərinə 42 milyon 907 min manat (ümumi kompensasiya öhdəliyinin 98 faizi), "Zaminbank"ın əmanətçilərinə 52 milyon 382 min manat (72 faiz), "Kredobank"ın əmanətçilərinə 27 milyon 764 min manat (98 faiz) və "Dekabank"ın əmanətçilərinə 3 milyon 021 min manatdan artıq (96 faizdən çoxu) kompensasiya ödənilib.

Əmanətlərin Sığortalanması Fondundan AZƏRTAC-a bildiriblər ki, 4 bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 126 milyon 074 min manatdan artıqdır.

Eyni zamanda, "Atrabank" ASC-nin və "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə, ümumilikdə 16 milyon 202 min manatdan artıq kompensasiya ödənilib ki, bunun da 14 milyon 259 min manatı (ümumi kompensasiya öhdəliyinin 97 faizdən çoxu) "Atrabank"ın, 1 milyon 943 min manatı (92 faiz) "Qafqaz İnkişaf Bankı"nın payına düşür.

"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 milyon 148 min manat (ümumi kompensasiya öhdəliyinin 97 faizi), "Gəncəbank"ın əmanətçilərinə 975 min manat (94 faiz), "Texnikabank"ın əmanətçilərinə isə 120 milyon 050 min manatdan artıq (98 faiz) kompensasiya ödənilib. Üç bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 145 milyon 173 min manatdan çoxdur.

Eyni zamanda, Əmanətlərin Sığortalanması Fondu "Bank Standard" Kommersiya Bankının qorunan əmanətçilərinə 430 milyon 277 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 97 faizi) kompensasiya ödəyib.

Ümumilikdə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 10 bank üzrə 717 milyon 726 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.

23 Yan 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “2022-ci ildə ÜDM 2021-ci ilə nisbətən 4,6% artıb” - FOTO

“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.

16 Yan 2023
İqtisadiyyat

Avro bahalaşdı, rubl ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

6 Yan 2023
İqtisadiyyat

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət"də dəyişdirə biləcək

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.

6 Yan 2023
İqtisadiyyat

Özbəkistan “Bakı Limanı”nın imkanlarından istifadə etməyi planlaşdırır

Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.

6 Yan 2023
İqtisadiyyat

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 6 yanvar tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.