Ombudsman: Prezidentin budəfəki əfv sərəncamı çox fərqlidir və ikiqat bayram oldu

Ombudsman: Prezidentin budəfəki əfv sərəncamı çox fərqlidir və ikiqat bayram oldu
17 2017 12:21

Bu ilin Novruzu çox əlamətdar oldu, Prezident İlham Əliyevin əfv sərəncamı ilə ikiqat bayram oldu.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova deyib.

E.Süleymanova qeyd edib: "Ombudsman işlədiyim dövrdə bir çox əfv sərəncamlarının icrasında iştirak etmişəm, amma budəfəki çox fərqlidir. Yəni, adətən, əfv olunanların sayı 100 civarında olurdusa, bu dəfə onların sayı 423 nəfərdir. Bu, əlamətdar hadisədir".

Ombudsman əlavə edib ki, bu dəfə daha çox məhkumun əfv olunması Prezident İlham Əliyevin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 10 fevral tarixli sərəncamının nəticəsidir:

"Bildiyiniz kimi, həmin sərəncam penitensiar sistemin, ümumiyyətlə, cəza siyasətinin təkmilləşdirilməsi, humanistləşdirilməsi, ən mühümü, cəmiyyətdən təcrid etmədən geniş miqyasda müxtəlif alternativ cəzaların tətbiqini nəzərdə tutur. Və ilk dəfə olaraq, budəfəki əfv sərəncamı ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərə də şamil olundu".


9 Dek 2023
Cəmiyyət

Müdafiə Nazirliyi: "Növbəti ildə azad edilmiş ərazilərin minalardan təmizlənməsi davam edəcək"

Müdafiə Nazirliyinin dekabrın 9-da keçirilən kollegiya iclasında azad edilmiş ərazilərdə görülən mühəndis tədbirləri barədə məruzələr dinlənilib.

9 Dek 2023
Cəmiyyət

Hindistanda güclü qasırğa 24 nəfərin ölümünə səbəb oldu

“Miçaunq” qasırğası Hindistanın cənub-şərqində ən az 24 nəfərin həyatına son qoyub.

9 Dek 2023
Cəmiyyət

Zakir Həsənovdan mühüm tapşırıq

Dekabrın 9-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2023-cü ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib.

9 Dek 2023
Cəmiyyət

İstirahət gününün HAVA PROQNOZU - Evdən çıxarkən çətirləri unutmayın

Dekabrın 10-da Azərbaycan ərazisində gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

9 Dek 2023
Cəmiyyət

Şəhid qızı Şuşada məktəbə direktor təyin edildi

Qəbələ rayonu ərazisində fəaliyyət göstərən 24 nömrəli Şuşa məktəbinə rəhbərlik edən Səbinə Mikayıl qızı Gözəlova işğaldan azad olunmuş şəhərdə birinci tikilib istifadəyə verilən və bu il açılışı olan Şuşa şəhər 1 nömrəli məktəbin direktoru vəzifəsinə təyin olunub.