Ölkəmizdə bitki mənşəli dərman preparatları istehsal olunacaq

Ölkəmizdə bitki mənşəli dərman preparatları istehsal olunacaq
25 2017 12:05

Ölkəmizdə bir çox sahədə olduğu kimi əczaçılıq sənayesinin qurulması istiqamətində də məqsədyönlü işlər aparılır. Buna misal olaraq, iki əczaçılıq zavodunun təməlinin qoyulmasını qeyd etmək olar. Respublika əhalisinin yerli dərmanlarla təchizatı əhəmiyyətli məsələlərdən biridir.

Bu məqsədlə Azərbaycan Tibb Universitetinin (ATU) əczaçılıq fakültəsində respublikanın təbii sərvətləri əsasında dərman vasitələrinin yaradılması istiqamətində əczaçılıq laboratoriyası qurulub və müasir avadanlıqlarla təchiz olunub. Laboratoriya Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən keçirilən qrant müsabiqəsində qalib olmuş layihə çərçivəsində yaradılıb. 2015-ci ildə keçirilən müsabiqədə qalib olmuş layihələrin həyata keçirilməsi iki il müddətində nəzərdə tutulub. 2017-ci il fevral ayının 1-də layihənin yerinə yetirilmə müddəti başa çatır.

AZƏRTAC-a müsahibəsində laboratoriyanın dərman təhlükəsizliyi sahəsində böyük əhəmiyyətinin olduğunu bildirən ATU-nun əczaçılıq fakültəsinin dekanı, professor Tahir Süleymanov gələcəkdə qurulacaq dərman zavodları üçün bu layihənin bir növ baza rolunu oynayacağını vurğulayıb.

T.Süleymanov bildirib: “Universitetin alimləri tərəfindən uzun illər respublikanın təbii sərvətlərinin öyrənilməsi istiqamətində müxtəlif elmi-tədqiqat işləri aparılıb. Lakin müxtəlif səbəblərdən bunlar praktiki tətbiqini tapmayıb. Laboratoriyanın yaranması bu tədqiqatların reallaşması məqsədi ilə planlaşdırılıb.

Alimin sözlərinə görə, yerli təbii sərvətlər əsasında yeni dərman preparatlarının istehsalı üçün vacib şərtlərdən biri ilkin elmi tədqiqatların aparılmasıdır. Bu, həm dərman bitkiləri, həm də bəzi heyvan mənşəli maddələrə və ya mineral xammalına aiddir. Bundan əlavə, laboratoriyada bioloji fəal maddələrin ayrılması, identifikasiyası, onların əsasında müxtəlif dərman formalarının hazırlanması, eləcə də xammalın, substansiyanın, hazırlanmış dərman preparatının keyfiyyətinə nəzarət məqsədi ilə analitik üsulların işlənib hazırlanması, eləcə də dərman preparatları və substansiyaların heyvanlar üzərində klinikayaqədərki bioloji, patoloji fəaliyyətinin araşdırılması və müvafiq icra orqanında kliniki sınaqdan keçirilməsi nəzərdə tutulur.

Laboratoriya üç şöbədən ibarətdir: fitokimya şöbəsində müxtəlif mənbələrdən bioloji fəal maddələrin alınması və identifikasiya prosesi həyata keçirilir, əczaçılıq texnologiyası şöbəsində alınmış müxtəlif maddələrdən dərman formaları (tablet, məlhəm, kapsul və s.) hazırlanır, standartlaşma bölməsi dərmanların keyfiyyətinə nəzarət üsullarının işlənib hazırlanması və mövcud olan üsulların təkmilləşdirilməsi ilə məşğuldur. Avadanlıqlar müasir üsulların işlənib hazırlanmasına tam zəmin yaradır.

Laboratoriyanın avadanlığı ATU-da təhsil alan tələbələrin təhsil-tədris prosesində istifadə olunur.

Universitetin alimləri tərəfindən işlənib hazırlanmış iki dərman preparatı -fitotusin və faqolin artıq Səhiyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb. Hazırda sedativ, hepatoprotektor, immunomodulyator, kardiotonik vasitələrin hazırlanması və istehsalatda tətbiqi istiqamətində elmi tədqiqatlar aparılır.

Laboratoriyada yerli bitki xammalları əsasında hazırlanmış stomatoloji praktikada istifadə olunacaq digər dərman vasitəsi işlənib və patentləşdirilib. Bundan əlavə, bitki mənşəli immunomodulyator və kardio dərmanın hazırlanması nəzərdə tutulur.

Dərman istehsalı ilə yanaşı, laboratoriyada bir sıra analiz üsullarının təkmilləşdirilməsi istiqamətində işlər aparılır.

Qeyd edək ki, 1939-cu ildə açılmış əczaçılıq institutu sonralar ATU-ya birləşdirilərək əczaçılıq fakültəsi kimi fəaliyyətə başlayıb. Fakültənin əsas məqsədi yüksəkixtisaslı əczaçı kadrların yetişdirilməsidir. Bu günə qədər bu təhsil müəssisəsində yeddi minə yaxın əczaçı mütəxəssis hazırlanıb. Respublikamızda əczaçılıq sahəsində çalışan mütəxəssislərin təxminən 97 faizi bu fakültənin yetirmələridirlər. Fakültədə yerli tələbələrlə yanaşı, xarici tələbələr də təhsil alır.


4 Okt 2023
Cəmiyyət

Mikayıl Cabbarov “Türkmənqaz” Dövlət Konserninin rəhbəri ilə görüşüb - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Türkmənqaz” Dövlət Konserninin rəhbəri Maksat Babayev ilə görüşüb.

4 Okt 2023
Cəmiyyət

Xoşbəxt Yusifzadə dəfn edilib - YENİLƏNİB-2

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik Xoşbəxt Bağı oğlu Yusifzadə dəfn edilib.

4 Okt 2023
Cəmiyyət

Mikayıl Cabbarov Türkmənistan naziri ilə ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistana səfəri çərçivəsində bu ölkənin Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov ilə görüşüb.

4 Okt 2023
Cəmiyyət

Sabahın hava proqnozu açıqlandı

Ölkə ərazisində oktyabrın 5-nə gözlənilən hava proqnozu açıqlanıb.