ÖSKÜRƏYİN YARANMA SƏBƏBLƏRİ?

ÖSKÜRƏYİN YARANMA SƏBƏBLƏRİ?
10 2019 16:53

ÖSKÜRƏYİN YARANMA SƏBƏBLƏRİ?

Öskürək tənəffüs yolları (burun, burunətrafı ciblər, udlaq, traxeya, bronxlar, plevra) boyunca yerləşən reseptorların qıcıqlanması səbəbilə yaranan tənəffüs yolları əzələlərinin yığılması nəticəsində ağızdan havanın məcburi verilməsidir. Öskürəyin fizioloji rolu tənəffüs traktını yad cismlərdən təmizləmək və burun-hava yollarının keçiriciliyini pozan mexaniki maneələrdən xəbərdar etməkdir.

Öskürəyin əsas növləri. Xarakterinə gorə öskürək qeyri-produktiv (quru) və produktiv (nəm). Quru öskürək adətən KRVİ-nin, kəskin laringit, faringit, bronxit, traxeitin başlanğıc dövründə müşahidə olunur. Quru öskürək əzabverici və üzücüdür, bu zaman bəlğəm ifraz olunmur. Nəm öskürək adətən soyuqdəymə xəstəliklərinin başlanğıcından 2-3 gün sonra yaranır. Nəm öskürək o qədər də əzabverici deyil, xəstəyə rahatlıq verir, bəlğəmin çoxlu ifraz olunması ilə müşahidə olunur.

Öskürəyin əsas səbəbləri. İnsanlar güman edir ki, bronxlarda bəlğəmin olması yalnız xəstəlik əlamətidir. Əslində isə hər gün sağlam insan orqanizmində hər 1 kq çəkiyə 1 ml bronx sekreti əmələ gəlir. Bronx sekreti tənəffüs yollarını toz hissəcikləri, bakteriyalar, duman və başqa qıcıqlandırıcılardan qoruyur və onları sekretlə birlikdə daim orqanizmdən xaric edir. Lakin bəzən, müxtəlif səbəblərdən bu alınmır - məsələn, viruslarla yoluxma zamanı. Bu zaman iltihab inkişaf etməyə başlayır və bronx sekretinin miqdarı artır, kimyəvi tərkibi dəyişir, suyun miqdarı azalır. Nəticədə, selik qatılaşır, orqanizmdən xarıc oluna bilmir və ciddi xəstəliklərin yaranması üçün ideal şərait yaranır. Bu zaman insan atrıq bəlğəmi və onunla birlikdə mikroorqanizmləri xaric etmək üçün öskürür. Bəzən öskürək qatı, yapışqan bəlğəmi xaric edə bilmir, Belə halda orqanizmə kömək lazımdır.

Öskürək xəstənin həkimə müraciət etməsinə səbəb olan ən geniş yayılmış şikayətdir. Ümumiyyətlə qəbul edilib ki, öskürək ağciyər xəstəliklərinin simptomlarına aiddir. Lakin nəzərə almaq lazımdır ki, öskürəyin yaranma səbəbləri müxtəlifdir. Bu səbəblərə yalnız bronx-ağciyər sistemin xəstəlikləri deyil, həmçinin ürəyin, burunətrafı ciblərin, mədə-bağırsaq traktının xəstəlikləri, dərman preparatlarının təsiri və başqa səbəblər aiddir.

Dünyada 1 milyarddan çox insan bağırsaq mikroskopik qurdlar olan nematodlara yoluxub. Bu qurdların törətdiyi xəstəliklər dərin nəfəsalma zamanı güclənən quru öskürək və döş qəfəsində yanma hissi yarada bilər. Parazitlər özlərini göstərmədən orqanları zədələyərək illərlə orqanizmdə yaşaya bilərlər. Buna görədə də öskürək həkimə müraciət üçün səbəbdir.

Öskürək zamanı istifadə olunan dərman vasitələri. Öskürəyin müalicəsində aşağıdakı dərman vasitələrindən istifadə olunur: Öskürək əleyhinə vasitələr - öskürək refleksini tormozlayırlar; Mukolitik vasitələr - bəlğəmi parçalayır və onun xaric olunmasını asanlaşdırır; Mukotənzimləyici vasitələr - bəlğəmin qatılığını normallaşdırır, mukosiliar klirensi bərpa edir; Bəlğəmgətirici vasitələr.

Beləliklə, əgər siz nisbi sağlamsınız və qəflətən sizdə öskürək yaranarsa, bu narahat olmaq və həkimə müraciət etmək üçün ciddi səbəbdir. Çünki öskürək gizli xəstəliklərin olmasından xəbər verə bilər. Həkim tək xəstəliyin səbəbini müəyyənləşdirməyəcək, o, eyni zamanda effektlı müalicəni təyin edəcək. Sağlam olun!

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.

Realpress.az



20 Sent 2019
Səhiyyə - Sağlamlıq

Böyrəkləri təmizləyən ən təbii müalicə üsulları

Böyrəklər hormon istehsalı və qanın kimyəvi tarazlığına görə, cavabdehlik daşıyan əsas orqandır. Orqanizmin çirklənməsi zamanı böyrəklərdə selik, qum və daşlar yaranır.

20 Sent 2019
Səhiyyə - Sağlamlıq

Ağızda quruluğun 7 səbəbi - Çıxış yolu

Ağızda quruluq, dilin-dodağın quruması 2 səbəbdən normal hesab edilə bilər: susuzluq və ya stress, həyəcan.

19 Sent 2019
Səhiyyə - Sağlamlıq

Bu sadə üsul infarkt və insultun riskini 2 dəfə azaldır. Həkimsiz və dərmansız!

Bütün dünyada əsas ölüm səbəbi ürək-damar xəstəlikləri və xüsusilə infarkt və insult sayılır.

19 Sent 2019
Səhiyyə - Sağlamlıq

Bu dərman hamilələrə zərərlidir – Uşağın beyninə təsir edir

Qızdırmasalıcı və ağrıkəsici kimi məşhur olan parasetamol dərmanı hamilə qadınlarda dölün inkişafına mənfi təsir göstərir.

19 Sent 2019
Səhiyyə - Sağlamlıq

Adi soyuqdəymə ilə səhv salınan TƏHLÜKƏLİ XƏSTƏLİKLƏR

Soyuqdəymənin əsas simptomlarını hamı bilir: hərarətin yüksəlməsi, zəiflik, üşümə, baş, əzələ ağrıları, boğaz ağrısı.