ÖSKÜRƏK VƏ ONUN YARANMA SƏBƏBLƏRİ.

ÖSKÜRƏK VƏ ONUN YARANMA SƏBƏBLƏRİ.
11 2019 14:49

ÖSKÜRƏK VƏ ONUN YARANMA SƏBƏBLƏRİ.

Öskürək tənəffüs sistemi xəstəliklərinin əlamətlərindən biridir. Bəzən xəstəlik sağalsa da, uzunmüddətli öskürək müşahidə edilir. Bu isə bir çox şəxsdə narahatlığa səbəb olur. 

Öskürəyin yaranma səbəbləri. Öskürəyin yaranma səbəbləri arasında tənəffüs sistemi xəstəlikləri - sinusit, bronxit və pnevmoniya, mədə-bağırsaq traktı xəstəlikləri – qastroezofageal reflyuks, ağciyərlərin irsi, anadangəlmə xəstəlikləri, anomaliyaları, vərəm, allergik xəstəliklər, astma və başqa xəstəliklər dura bilər. Öskürək, həmçinin tənəffüs yollarına toz, qaz, tütün tüstüsü, maye və s. düşməsi ilə əlaqədar, bəzən də həyəcan keçirəndə və emosional gərginliklə üzləşəndə də baş verir.

Bəlğəmin olub-olmamasından asılı olaraq öskürək produktiv (nəm) və qeyri-produktiv (quru), davametmə müddətinə görə isə öskürək kəskin və xroniki olur. Əgər öskürək 3 həftəyə qədər sürərsə bu kəskin öskürək, 3 həftədən uzun sürərsə onda xroniki öskürəkdir.

Öskürəyə necə qalib gəlmək olar?

Öskürək uzun müddət davam edərsə, səbəbini öyrənmək üçün mütləq həkimə müraciət etmək lazımdır. Həkim müayinə və analizlər nəticəsində öskürəyin səbəbini  müəyyənləşdirəcək və ona uyğun müalicə təyin edəcəkdir.

Lakin bu o demək deyil ki, öskürəyi ev şəraitində müalicə etmək mümkün deyil.

• Birincisi, vaxtınızın əksər hissəsini keçirdiyiniz otağı tez-tez havalandırmaq, otağın havasını nəmləndirmək lazımdır.

• İkincisi, xeyli miqdarda ilıq maye qəbul etmək lazımdır.

• Üçüncüsü, siqaretdən imtina etmək (heç olmasa müvəqqəti) lazımdır.

Müalicə tədbirləri kompleksində öskürək əleyhinə bitki mənşəli vasitələr mühüm yer tutur. Təbii mənşəli vasitələr öskürəyin bütün növlərində təsir göstərir: onlar bəlğəmin  xaric olmasına, bronxların təmizlənməsinə, bronxlardakı ödemin azalmasına və iltihabın aradan qalxmasına kömək edir. Bronxların və öskürək reseptorlarının qıcıqlanmasını azaldır, bununla da öskürək refleksinin azalmasına səbəb olaraq, bu əzabverici simptomdan xilas edir.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.


15 Yan 2020
Səhiyyə - Sağlamlıq

Sidiyin bu rəngi ağır xəstəliyə işarədir

Böyük Britaniya onkoloqları xəbərdarlıq edir ki, sidiyin “portağal” rəngində olması mədəaltı vəzi xərçənginin inkişafına işarə edə bilər.

10 Yan 2020
Səhiyyə - Sağlamlıq

Mədə xərçənginin əsas SİMPTOMLARI

Mədə xərçəngi ən təhlükəli və çətin müalicə olunan xərçəng növlərindən sayılır.

10 Yan 2020
Səhiyyə - Sağlamlıq

Bitki və kərə yağını qarışdırmayın! Bu xəstəlikləri yaradır

Tanınmış Rusiyalı kardioloq, ailə həkimi və bloqer Yelena Anşina kərə və bitki yağlarının qarışdırması haqqında məlumat paylaşıb.

7 Yan 2020
Səhiyyə - Sağlamlıq

Nə zaman KÖP təhlükəli xəstəliyə işarə edir? Simptomlar

Adətən köpün səbəbi qida olur. İnsan çoxlu miqdarda meyvə, tərəvəz, paxlalılar, şirniyyatlar yeyəndə köp yaranır.

30 Dek 2019
Səhiyyə - Sağlamlıq

Məşhur kardioloq ürəyi qoruyan 5 VACİB QAYDANI açıqladı

Rusiyanın Səhiyyə Nazirliyinin baş kardioloqu, Milli Tibbi Tədqiqat Kardiologiya Mərkəzinin direktoru Sergey Boyçov ürək sağlamlığı barədə ən çox yayılmış və əsas təhlükəli səhvlərdən danışıb.