Nyu-Yorkda uçan taksilər istifadəyə veriləcək

Nyu-Yorkda uçan taksilər istifadəyə veriləcək
10 2019 16:46

“Uber” şirkəti Nyu-Yorkda sərnişinləri aeroporta çatdıracaq uçan taksi xidmətini istifadəyə verəcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Belta www.belta.by” resursuna istinadən yazır ki, “Uber Copter” vertolyot servisindən iş günləri pik saatlarda istifadə mümkün olacaq. Bütün şəhər tıxacda dayanan zaman “Uber” sərnişinləri Con Kennedi adına Beynəlxalq Aeroporta bir neçə dəqiqəyə yetişə biləcəklər. Gediş haqqı 200 dollar təşkil edəcək. Vertolyot göyərtəsinə əl yükü götürməyə icazə veriləcək.
 
Gələcəkdə “Uber” vertolyotları uçan avtomobillərlə əvəzləməyi planlaşdırır. Onların sərnişindaşımanı daha tez və təhlükəsiz edəcəyi bildirilir.

Realpress.az


14 Okt 2019
Cəmiyyət

Sürücülərin nəzərinə: bu yollarda diqqətli olun!

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Xocəsən-Lökbatan və Bakı Dairəvi-1 avtomobil yollarında, gecə saatlarında isə Xətai rayonu, Xudu Məmmədov küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

14 Okt 2019
Cəmiyyət

Bakıda lift əməliyyatı — Azyaşlılar xilas edildi

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal və Nizami rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı iki müraciət daxil olub.

14 Okt 2019
Cəmiyyət

Azərbaycanda 4 günlük iş həftəsi tətbiq ediləcək? — Açıqlama

"Hazırda Azərbaycanda 4 günlük iş həftəsinin tətbiqi gündəmdə deyil".