Rusiyanın Ankaradakı səfirinə sui-qəsd Türkiyə-Rusiya münasibətlərinin güclənməsinə qarşı yönəlib.
Trend-in məlumatına görə, bunu Bakıda jurnalistlərə Türkiyənin iqdisadiyyat naziri Nihat Zeybekçi deyib.
Nazir qeyd edib ki, bu hadisənin arxasında dayananlar heç vaxt məqsədlərinə çatmayacaqlar.
N.Zeybekçi əlavə edib ki, səfirin öldürülməsi Türkiyə və Rusiya arasında iqtisadi və siyasi münasibətlərinə təsir etməyəcək: "Tam əksinə, münasibətlərimizin daha da güclənəcəyini düşünürük".
Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb.
“Qeyri-neft sektorundan daxilolmaların artması iqtisadi fəallığın bərpasının başladığını göstərir”.
Aprelin 22-də Abşeron rayonunun Qobustan kəndinin ərazisində Palçıq Vulkanları Turizm Kompleksinin təməli qoyulub.
Fransalı hüquqşünaslar Ağdam rayonuna səfər edib.
Aprelin 22-də Abşeron rayonunun Qobustan kəndinin ərazisində Palçıq Vulkanları Turizm Kompleksinin təməli qoyulub.
Bu gün Ermənistan Azərbaycana qarşı yeni təbliğat-informasiya müharibəsi aparmağa cəhd edir. Bu məqsədlə ermənilər və onların havadarları bir çox xarici ölkələrin qanunverici orqanlarında, habelə Avropa Parlamentində, ATƏT-in Parlament Assambleyasında, AŞPA-da ölkəmizə qarşı böhtan kampaniyaları təşkil edirlər. Halbuki bu beynəlxalq qurumlar hal-hazırda erməni millətçi-faşistlərinin ən azından son otuz ildə azərbaycanlılara qarşı törətdikləri qətliamlara və digər vəhşiliklərə görə, eləcə də Ermənistanın 44 günlük Vətən müharibəsi dövründə törətdiyi ağır hərbi cinayətlərə görə ən qısa zamanda beynəlxalq məhkəmə qarşısında cavab verməsini təmin etmək üçün müvafiq tədbirlər görməlidirlər.