Abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi məqsədilə diametri 325 millimetrlik orta təzyiqli qaz xəttində aşkar edilmiş qaz sızmasının ləğv edilməsi ilə bağlı nəzərdə tutulan işlərin icrası ilə əlaqədar fevralın 8-də saat 09:30 dan 18:00-dək Bakının Nəsimi və Yasamal rayonlarının bir hissəsinin qaz təchizatında məhdudiyyətlər yaranacaq.
“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, aparılan işlərin Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi mümkündür. Aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.
“Azəriqaz” yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
Bütün dünyada koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatlarına mənfi təsirləri, kapital qoyuluşunun kəskin azalması, maliyyə çətinlikləri fonunda neft-qaz yataqlarının axtarış-kəşfiyyatı, işlənməsi istiqamətində uzun illik tarixə və zəngin təcrübəyə malik olan SOCAR-ın “Azneft” İstehsalat Birliyində (İB) itkilər minimuma endirilib, bir çox sahələrdə gəlirlilik təmin olunub.
2021-ci ilin birinci rübündə SOCAR tərəfindən 4,5 milyon ton xam neft ixrac edilib.
2021-ci ilin I rübündə SOCAR-ın Azərbaycandakı emal kompleksində 1,4 milyon tondan çox neft, 1,1 milyard kubmetrdən çox təbii qaz emal olunub.