Bakının Nəsimi rayonunda Gənclər Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Asim Mollazadə, Aydın Hüseynov, Ülvi Quliyev, ali təhsil ocaqlarının rəhbərləri, müxtəlif sahələrdə fərqlənən gənclər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ulu öndər Heydər Əliyev tərəfindən 2 fevral tarixinin Gənclər Günü elan edilməsinin əhəmiyyətindən danışıb, Prezident İlham Əliyevin gənclərin problemlərinin həlli istiqamətində mühüm addımlar atdığını deyib.
Digər çıxış edənlər Azərbaycanda həyata keçirilən gənclər siyasətinin uğurlarından danışıblar.
Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən, müxtəlif sahələrdə fərqlənən gənclər fəxri fərmanlar və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Tədbir konsert proqramı ilə davam edib.
Azərbaycan karateçisi İrina Zaretska Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında daha bir qızıl medal qazanıb.
Dövlət İmtahan Mərkəzi tərəfindən 2022-ci il avqustun 21-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı keçiriləcək.
Şabran rayonunda yerləşən “Qalaaltı” İstirahət Mərkəzinin yaxınlığındakı meşəlik ərazidə baş vermiş yanğın söndürülüb.
Qusar rayonunun İmanqulukənd kəndində fındıq bağının ərazisində 1 ha sahədə quru ot və 40 ədəd ağac qismən, bələdiyyəyə aid ərazidə 6 ha sahədə biçilmiş taxıl sahəsi, Meşə təsərrüfatı mərkəzinə aid ərazidə 2 ha sahədə quru ot və qurumuş ağac kötükləri yanıb.