Neftin qiymətinin artması Portuqaliya iqtisadiyyatına mənfi təsir edəcək

Neftin qiymətinin artması Portuqaliya iqtisadiyyatına mənfi təsir edəcək
14 Dek 2016 10:47

Portuqaliya mətbuatında dünya bazarında neftin qiymətinin yenidən artmağa başlamasının narahatlıq doğurduğu barədə yazılar dərc olunur. Ölkənin yüksək tirajlı qəzetlərindən olan “Publico”da “Portuqaliyanın neftin qiymətinin artmasından ehtiyat etməsinin iki səbəbi” sərlövhəli məqalə dərc olunub.

Məqalədə qeyd olunub ki, bir neçə il əvvəl neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi Portuqaliyanın iqtisadi böhrandan daha asan çıxmasına şərait yaratmışdı. İndi isə dünya bazarındakı hazırkı tendensiya əks effekt verə bilər.

Portuqaliya Mərkəzi Bankının hələ 2013-cü ilə dair hesabatında göstərilirdi ki, neftin qiymətinin 13 faiz artması bu ölkənin ümumi daxili məhsulunun 0,7 faiz azalmasına səbəb olub. Hökumətin hesablamalarına görə, 2017-ci ildə neftin qiyməti 20 faiz artarsa, bu iqtisadi artımın proqnozlaşdırılandan da az olmasına gətirib çıxaracaq.


9 Dek 2023
Dünya

Dünya bazarında neft qiymətləri

Dünya bazarında neft qiymətləri artıb.

9 Dek 2023
Dünya

Finlandiya hökumətindən Rusiya ilə bağlı yeni qərar

Finlandiya hökuməti gələn həftə Rusiya ilə sərhəddə bir və ya bir neçə sərhəd-keçid məntəqəsini açmağı nəzərdən keçirir.

9 Dek 2023
Dünya

İsrail paytaxtı raket atəşinə tutuldu - VİDEO

İsrail paytaxtı Təl-Əviv də daxil olmaqla ölkənin mərkəzi bölgələrində raket xəbərdarlığı səslənib.

8 Dek 2023
Dünya

Ararat Mirzoyan Brüsselə gedəcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dekabrın 11-də Belçikanın paytaxtı Brüsselə gedəcək.

8 Dek 2023
Dünya

Azərbaycan Ordusunun 473 hərbçisinə mənzil verilib

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində daimi mənzillərin verilməsi ilə bağlı püşkatma mərasimi keçirilib.