Neft hasilatının azaldılmasına dair sazişin müddəti uzadılmasa “qara qızıl”ın qiyməti 40 dollara düşəcək

Neft hasilatının azaldılmasına dair sazişin müddəti uzadılmasa “qara qızıl”ın qiyməti 40 dollara düşəcək
10 2017 10:02

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələr neft hasilatının azaldılmasını nəzərdə tutan sazişin müddətini uzatmasa “qara qızıl”ın bir barrelinin qiyməti 40 dollara düşəcək.

AZƏRTAC xəbər verir ki, bunu ABŞ-ın aparıcı şist nefti istehsalçılarından biri olan “Pioneer Natural Resources Co.”nun icraçı direktoru Skot Şefield deyib. O bildirib ki, ABŞ-da şist nefti istehsalçılarının diqqəti OPEC və qeyri-OPEC ölkələrinin bu ilin iyun ayında müddəti başa çatacaq neft hasilatının gündəlik 1,8 milyon barrel azaldılması sazişinə yönəlib: “Əgər OPEC bu müqavilənin müddətini uzatmasa neftin qiyməti 40 dollar/barrel səviyyəsinə geriləyəcək. Bu da ABŞ-da şist nefti hasilatı üzrə gələcək investisiyalara əhəmiyyətli təsir göstərəcək”.

Qərbi Texas və Nyu-Mexikodakı “Permian” bölgəsinin son 2,5 ildə neft quyularının ən çox qazıldığı yer olduğunu deyən S.Şefield bildirib ki, neftin qiyməti 40 dollar/barrelə düşərsə bu, regiondakı qazma quyularına mənfi təsir göstərəcək və digər bölgələrdəki şist nefti axtarışının da iqtisadi səmərəsi olmayacaq: “Lakin hər şey qaydasında gedərsə, bu regionda hasilat indiki - gündəlik 2,3 milyon barrel səviyyəsindən 8-10 milyon barrelə yüksələcək.”


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.