Nazirlikdə vəzifə verilən müğənnidən kobud qayda pozuntusu

Nazirlikdə vəzifə verilən müğənnidən kobud qayda pozuntusu
06 2017 11:19

Ötən gün müğənni Rüfət Axundovun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sistemində işə başlaması ilə bağlı mediada xəbər yayıldı.

 Sənətçi özünün sosial şəbəkədə paylaşdığı xəbərdə bildirirdi ki, o, Müdafiə Nazirliyinin Mərdəkan Hərbi İstirahət Evinin bölmə rəisi təyin edilib. Xəbərdə digər maraqlı nüans isə müğənninin sosial şəbəkədə paylaşdığı xidməti vəsiqəsində üzünün tüklü olmasıdır. 
 Məsələyə münasibət öyrənmək üçün müraciət etdiyimiz hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, əksər güc strukturlarında o qədər lazımsız qurumlar mövcuddur ki, onların saxlanılması dövlətə çox baha başa gəlir.
 Daha sonra Üzeyir Cəfərov 25 ilə yaxın keçmiş SSRİ Silahlı Qüvvələrində və sonra Azərbaycan ordusunda xidmət keçmiş zabit kimi Mərdəkan qəsəbəsində Hərbi İstirahət Evi adlı qurumun varlığından xəbərsiz olduğunu söylədi:
 "Keçmiş sovetlər dönəmində rus general və admiralları çox xoşlayırdılar ki, kefləri istədikləri vaxt gəlib buralarda dincəlsinlər və onlar Mərdəkan tərəfdə keçmiş KQB, sonradan MTN adlı artıq tarixin yaddaşına qovuşan bir qurumun istirahət yerlərində stress atsınlar. Ötən gün mən eşidəndə ki, orada bizim Müdafiə Nazirliyinin də belə bir obyekti varmış, çox düşündüm. Axı bizim Göradil qəsəbəsində də hərbçilər üçün İstirahət Evi var və orada yaxşı-pis il ərzində zabit və ya gizirlərin, MAXE-lərin istirahəti təşkil olunur. İndi əsas məsələnin üstünə gəlirəm. Hesab edirəm ki, müğənni Rüfət Axundovun bu hərəkəti kobud qanun pozuntusudur və MN-nin müvafiq qurumları bu məsələ ilə bağlı müğənniyə öz ciddi iradlarını bildirəcəklər. Ümumiyyətlə hərbi struktura aid şəxslərin öz xidməti və ya digər sənədlərini açıq mətbuatda dərc etmələri əsla yolverilməzdir. Hər halda, hərbi sahəyə aid olan qurumlarda bizim kifayət qədər fiziki imkanları olan keçmiş zabit və gizirlərimiz var ki, onların belə vəzifələrə təyinatı daha məqsədəuyğundur. Bütövlükdə götürəndə, mən hesab edirəm ki, o artıq bir qurumdur və onun, eləcə də digər güc strukturlarında çoxsaylı bu tipli lazımsız müəssisələrin ixtisara salınması düzgün olardı."-deyə, Üzeyir Cəfərov vurğuladı.

8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.