Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) Qaydaları”na əsasən, mənşəyini və qiymətini təsdiq edən qaimə və digər müşayiətedici sənədləri olmayan, yararlılıq müddəti ötmüş, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən malların qəbulu, saxlanması və satışı qadağandır.
Lakin aparılan müşahidələr və istehlakçılardan daxil olan müraciətlərin təhlili göstərir ki, bəzən sahibkarlıq subyektləri bu tələblərə əməl etmir.
REALPRESS.Az AZƏRTAC-a istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti malların qəbulu ilə bağlı qanunvericiliyin tələblərini pərakəndə ticarətlə məşğul olan sahibkarlıq subyektlərinin nəzərinə bir daha çatdırıb və onları buna əməl etməyə çağırıb:
“Azərbaycanda ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) Qaydaları"na əsasən, hüquqi və fiziki şəxslər malların qəbulunu müvafiq sənədlərə və qüvvədə olan qanunvericiliyə uyğun olaraq həyata keçirməlidir.
Sahibkarlıq subyektləri malların obyektə qəbulu zamanı təchizatçının (malgöndərənin) rekvizitləri, daxil olmuş malın miqdarı, qiyməti və ümumi məbləği əks etdirilmiş müvafiq təsdiqedici sənədlərin olmasına diqqət etməlidir.
Həmçinin ticarət obyektinin sahibi tez xarab olan ərzaq malları üzrə müşayiətedici sənədlərdə mal və ya məhsulun istehsal edildiyi saat və tarix, ən son istehlak tarixi və saatı, saxlanma şərtlərinin mütləq göstərilməsinə, malların keyfiyyəti, markalanması, saxlanma rejimi və formasının normativ-texniki sənədlərin, standartlar və təchizat müqavilələri ilə müəyyən edilmiş tələblərə cavab verməsinə əməl etməyə borcludur.
Malların mənşəyini və qiymətini təsdiq edən qaimə, uyğunluq sertifikatı (məcburi sertifikatlaşdırılmalı mallar üçün) olmadıqda, həmçinin pirat və ya kontrafakt malların ticarət şəbəkələrinə daxil edilməsi, saxlanılması və satışı qanunvericiliklə qadağandır.
Pərakəndə ticarətlə məşğul olan sahibkarlıq subyektləri bilməlidir ki, standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların satılması istehlakçıların hüquqlarının pozulmasına səbəb olur.
İstehlakçıların hüquqlarının və qüvvədə olan ticarət qaydalarının pozulması isə mülki, əmlak, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Bununla əlaqədar İnzibati Xətalar, Cinayət Məcəlləsində və Mülki Məcəllədə hüquqi məsuliyyət tədbirləri (sanksiyalar) nəzərdə tutulub.
Bu cərimələrə məruz qalmamaq üçün təchizatçıdan mal qəbul edərkən malın etiketində məhsulun adı, növü və tərkibi, istifadə sahəsi və qaydaları, istehsal tarixi və yararlılıq müddəti, saxlanma şərtləri, istehsalçının adı, ünvanı və s. məlumatların olmasına diqqət yetirməyi unutmaq, etiketində yuxarıda qeyd olunan məlumatlardan hər hansı biri olmayan malları qəbul etmək olmaz.
Bütün bu tələblər istehlakçıların hüquqlarının daha etibarlı şəkildə müdafiəsinin gücləndirilməsinə və istehlak bazarının tənzimlənməsinə xidmət edir. Bu məqsədə çatmaq üçün müvafiq dövlət qurumları tərəfindən zəruri nəzarət tədbirləri davam etdiriləcək və istehlakçıların mənafeləri qorunacaq”.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb.
Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.
“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.
Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.