Nazir: Bir çox işçilərlə yollarımızı ayırmışıq

Nazir: Bir çox işçilərlə yollarımızı ayırmışıq
08 2019 12:23


Humanizm dövlət siyasətində var və olacaq, humanizm qanun-qaydaya riayət edən cəmiyyətlərin xüsusiyyətidir. Humanizm birtərəfli yol deyil, borcların ödənilməsində kömək kimi addımlar atılır, müqabilində vətəndaş, vergi ödəyicisi tərəfindən bundan sonra qanuna tam riayət etmək gözlənilir və bu, təmin edilməlidir. 

realpress.az xəbər verir ki, bu sözləri Vergilər naziri Mikayıl Cabbarov deyib. 

O, Vergilər Nazirliyi tərəfindən özfəaliyyətin həyata keçirilməsində qanunun tələblərinin aliliyinin əsas tutulmalı olduğunu qeyd edib. 

“Biz bu sahədə özümüzdən - Vergilər Nazirliyində olan çətinliklərdən, problemlərdən başlamışıq. Son il yarım ərzində bir çox işçilərlə yollarımızı ayırmışıq.

Xoş xəbər ondan ibarətdir ki, Vergilər Nazirliyinin işçilərinin əksəriyyəti layiqli dövlət qulluqçusu, peşə və vəzifələrini ləyaqətlə həyata keçirən insanlardır. 

Gələcəkdə də həmişə daxildən başlayacağıq. Bu, bəlkə də, xoş səslənmir, lakin bu müddət ərzində Vergilər Nazirliyində çalışan 15 əməkdaşın əmək müqavilələrini yalnız dayandırmamışıq, onların fəaliyyətinin müvafiq hüquq-mühafizə orqanları tərəfindən araşdırılması üçün təqdim etmişik.

Çünki daxili təmizlənmə prosesləri olmasa, vergi ödəyicisinə “qanuna riayət et, qanunla yaşa, dünənki əyri yollardan əl çək” kimi mesajlarımız inandırıcı olmaz, lazımi effekti verməz”.

Növbəti addımlara gəldikdə isə, nazir qarşıdakı strateji məqsədləri iki istiqamətə bölüb. 

“Birincisi ondan ibarətdir ki, qanunvericilikdəki bir çox dəyişikliklər Vergi İnzibatçılığının təkmilləşdirilməsini tələb edir. Yerlərdə çalışan müfəttişlərimiz, yerli vergi orqanlarımız qanunvericiliyin yeni tələblərinə uyğun olaraq fəaliyyətlərini qurmalıdır. 

Digər strateji istiqamət vergi ödəyicilərinin yeni reallığı qəbul etməsini, yeni vergi çərçivəsini birtərəfli yol kimi deyil, bunun müqabilində sizdən qanuna uyğun olaraq fəaliyyət göstərmək gözlənildiyini başa düşməkdir.

Obyektiv çətinliklərlə rastlaşırsınızsa, Vergilər Nazirliyi sizin birinci dostunuz, birinci ünvanınızdır. Müvafiq xidmət təqdim etmək bizim borcumuzdur. Lakin qanuna riayət etməyən, vergidən yayınma ilə məşğul olan vergi ödəyiciləri üçün təbii olaraq nəzərdə tutulan bütün sanksiyalar tətbiq ediləcək. 

Bu, davamlı işdir, bir günə, bir aya başa çatmayacaq. Amma hansı yola çıxdığımızı bilirik, tam əminliklə deyə bilərəm ki, bu yolu uğurla başa çatdırmaq üçün nazirliyin həm peşəkarlığı, həm də iradəsi mövcuddur. Bilirəm ki, bu yolda tək deyilik, əksər vergi ödəyiciləri məhz bu prinsiplə yaşamaq istəyir, ona görə biz birlikdə bütün hədəflərə nail olacağıq”.

11 Dek 2019
İqtisadiyyat

Neft Emalı Zavoduna yeni direktor təyin olunub

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin əmri ilə Məmmədov Bəxtiyar İbrahim oğlu Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru, zavodun keçmiş direktoru İsmayılov Elman Abbas oğlu isə SOCAR-ın emal üzrə vitse-prezidentinin müavini təyin olunub.

10 Dek 2019
İqtisadiyyat

Heydər Əliyev Beynəlxalq Aeroportu yeni aviaşirkətləri cəlb edir

Marşrut şəbəkəsini genişləndirmək və sərnişin axınını artırmaq məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportu iri sərnişin aviadaşıyıcılarının cəlb edilməsi və yeni istiqamətlərin açılması üzrə genişmiqyaslı işlər aparır.

10 Dek 2019
İqtisadiyyat

SOCAR və “Baker Hughes” arasında bir sıra sənədlər imzalanıb

Bu gün Bakıda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Baker Hughes” beynəlxalq şirkəti arasında bir sıra sənədlər imzalanıb.

9 Dek 2019
İqtisadiyyat

Dollar və manatın bugünkü məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 9 dekabr tarixinə olan valyuta məzənnələrini açıqlayıb.