Nazir: Elektron qeydiyyatda olan aktiv əmək müqavilələrinin təqribən 47,4 faizi qadınlarla bağlanıb

Nazir: Elektron qeydiyyatda olan aktiv əmək müqavilələrinin təqribən 47,4 faizi qadınlarla bağlanıb
08 2017 15:10

“Azərbaycanın hüquqi və demokratik cəmiyyət modelinin mühüm cəhətlərindən biri də qadınların digər sahələrdə olduğu kimi, əmək və məşğulluq sahəsində də kişilərlə bərabər hüquqlara malik olmalarıdır”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bunu nazir Səlim Müslümov "8 Mart-Beynəlxalq Qadınlar günü" ilə əlaqədar keçirilən tədbirdə bildirib.

S.Müslümov vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətinin uğurlarından biri kimi, ölkədə məşğulluq imkanlarının artımı qadınlar arasında da məşğulluq səviyyəsinin artması ilə müşahidə edilir. 2003-cü illə müqayisədə respublikamızda məşğul əhali tərkibində qadınların xüsusi çəkisi 20,4 faiz artaraq 2016-cı ilin sonuna təqribən 2,3 milyon nəfərə çatıb: “Cari ilin 1 mart tarixinə olan məlumata əsasən, ƏƏSMN-nin əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemində aktiv əmək müqaviləsi bildirişlərinin 47,4 faizi qadınlarla bağlanan əmək müqavilələridir”.

Nazir diqqətə çatdırıb ki, 40-54 yaş arasında olan şəxslərlə bağlanmış əmək müqavilələri sırasında kişilərlə müqayisədə qadınlarla bağlanan əmək müqavilələri daha çoxdur: “Belə ki, 40-44 yaş qruplarında bağlanmış əmək müqavilələrinin 51,9%-i, 45-49 yaşlarında olan şəxslərlə bağlanmış əmək müqavilələrinin 54,7%-i, 50-54 yaş qruplarında bağlanmış əmək müqavilələrinin 53,4%-i qadınlarla bağlanıb. Təhsil pilləsi üzrə muzdla işləyən şəxslərin cinsə görə bölgüsündə ümumi təhsilli şəxslərin 39,6%-i, ali təhsilli şəxslərin 48,4%-i, orta ixtisas təhsilli şəxslərin 61,2%-i, ilk peşə-ixtisas təhsilli şəxslərin 24,7%-i qadınlardır. Ölkəmizdə qadınlar əsasən təhsil, səhiyyə və sosial xidmət sahələrində çalışırlar. Yəni təhsil, səhiyyə və sosial xidmət sahələrində əmək müqaviləsi bağlananların 76%-78%-i qadınların payına düşür”.

ƏƏSMN-nin aktiv məşğulluq tədbirlərinin bir istiqamətinin də qadınların məşğulluğunun təminatına yönəldiyini qeyd edən S.Müslümov bildirib ki, nazirliyin məşğulluq orqanlarının xətti ilə 2016-cı ildə məşğulluğu təmin edilənlərin 21,4 faizini (12 138 nəfər), peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilənlərin 43,3 faizini (1604 nəfər) qadınlar təşkil edib: “Azərbaycan Prezidenti İlham Əliyevin 7 aprel 2016-cı il tarixli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən nazirlik tərəfindən icra olunan özünüməşğulluq proqramında qadınların da iştirakına şərait yaradılır. Proqramda iştirak etmək üçün müraciət edən və qiymətləndirmə zamanı biznes-planları uğurlu hesab edilən işsiz və işaxtaran şəxslərdən təqribən 20 faizi qadınlardır. Azərbaycan Respublikasının yeni uzunmüddətli Məşğulluq Strategiyası layihəsində də qadınların əmək bazarına çıxış imkanlarının artırılması əsas hədəflər sırasındadır”.

Nazir ölkəmizin müasir sığorta-pensiya sisteminin mühüm tərkib hissəsi olan fərdi uçot sistemində qadınların fəal iştirakının müşahidə edildiyini vurğulayıb: “Cari ilin 01 mart tarixinə ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 3 431 299 nəfərə çatıb ki, onlardan 1 389 689 nəfəri və ya 40,5 faizi qadınlardır. Eyni zamanda, ölkə üzrə əmək pensiyaçılarının 57,8 faizini, sosial müavinət və təqaüd alanların 41,5 faizini qadınlar təşkil edir. Ölkəmizin pensiya və sosial müavinətlərlə bağlı qanunvericiliyində çoxuşaqlı qadınlar, sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş qadınlar üçün əlavə güzəştlər əksini tapıb. Beşdən çox uşağı olan qadınların uşaqlarının hər birinə görə isə aylıq sosial müavinət verilir”.

Nazirliyin qadın əməkdaşlarını "8 Mart - Beynəlxalq Qadınlar günü" münasibəti ilə təbrik edən S.Müslümov onlara xoş arzularını çatdırıb. Sonra qadınlara gül dəstələri və hədiyyələr təqdim edilib.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.