Naxçıvan şəhərində yerləşən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində Naxçıvan Müəllimlər İnstitutunun tələbələri üçün “Əbədiyaşar lider - Heydər Əliyev” mövzusunda açıq dərs təşkil edilib.
AZƏRTAC xəbər verir ki, açıq dərsdə Naxçıvanşünaslıq Mərkəzinin elmi katibi Emin Məmmədov müstəqil Azərbaycan Respublikasının, onun Naxçıvan Muxtar Respublikasının inkişafının və yüksəlişinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Bildirib ki, 1990-1993-cü illərdə Naxçıvanın işğaldan və iqtisadi böhrandan xilas olması Ümummilli Liderin uğurlu siyasətinin nəticəsidir. Əbədiyaşar liderin 1993-cü ildə hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində ölkə xilas olub, dövlətlə xalqın birliyi təmin edilib.
Qeyd edilib ki, Ulu Öndər öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirərək xalqımızın taleyində silinməz izlər qoyub. Onun müəyyənləşdirdiyi uzaqgörən siyasət nəticəsində Azərbaycanın, eləcə də Naxçıvan Muxtar Respublikasının şəhər və rayonları sürətlə müasirləşir, abadlaşır.
Müstəqillik illərində elmi-mədəni inkişafın prioritet istiqamətlərdən biri olduğunu deyən Naxçıvanşünaslıq Mərkəzinin elmi katibi diqqətə çatdırıb ki, hələ Azərbaycana ilk rəhbərliyi dövründə xalqın nicat və tərəqqi yolunu elmi biliklərə yiyələnməkdə, müasir texnoloji yenilikləri dərindən mənimsəməkdə görən ulu öndər Heydər Əliyev ikinci dəfə Azərbaycana rəhbərliyi dövründə də bu istiqamətdə görülən işləri uğurla davam etdirib. Bu gün müxtəlif elm sahələrinə dair sanballı tədqiqatlar aparılması, çoxlu sayda gənc alimin yetişdirilməsi, aktual elmi kitabların, monoqrafiyaların nəşri, eləcə də beynəlxalq əməkdaşlıq sahəsində mühüm nailiyyətlərin əldə olunması sahəsində muxtar respublikada da mühüm işlər görülür.
Sonra tələbələrə mərkəzin elektron məlumat köşkü, kitab fondu və elektron oxu zalı ilə bağlı ətraflı məlumat verilib. Qeyd edilib ki, qədim tarixə, zəngin mədəniyyətə və dövlətçilik ənənələrinə malik Naxçıvan diyarında min illər ərzində yaranan, formalaşan ən qədim mədəniyyətlər, tarixin müxtəlif dövrlərinin yadigarı olan abidələr, qədimdən müasir dövrümüzədək tarix, ədəbi mühit, yaradıcılıq sahələri, ümumilikdə, xalqın yaratdığı və günümüzə qədər çatdırdığı milli dəyərlər sistemi, adət-ənənələr Naxçıvanşünaslıq Mərkəzində toplanaraq sistemləşdirilib. Son illər muxtar respublikanın sosial-iqtisadi inkişafı, görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığı kimi mühüm əhəmiyyət kəsb edən məsələlər haqqında kitablar, jurnal və qəzetlər, xəritə və atlaslar, avtoreferatlar, albom və fotomateriallar, sənədli filmlər də mərkəzdə toplanıb. Bu gün Naxçıvanşünaslıq Mərkəzi öz fəaliyyətini müasir tələblər səviyyəsində quraraq ölkənin ən mükəmməl elmi-tədqiqat müəssisələrindən birinə çevrilib.
Müharibə başlayan ilk gündən Azərbaycan Ukrayna xalqına humanitar yardımlar göstərib.
Bakıda Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ilə Əlcəzair Xalq Demokratik Respublikasının Xarici İşlər və Xaricdəki Milli İcma Nazirliyi arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib.
Dövlət Sərhəd Xidməti (DSX), Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakıda təşkil olunan hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatının açılış mərasimi keçirilib.