Naxçıvanda Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş sərgilər təşkil edilib

Naxçıvanda Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş sərgilər təşkil edilib
06 2017 14:24

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il noyabrın 18-də imzaladığı Sərəncama uyğun olaraq, Naxçıvan Muxtar Respublikasının mədəniyyət müəssisələrində görkəmli dövlət və ictimai xadimin həyat və yaradıcılığını əks etdirən sərgilər təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında hazırlanan sərgi-stendlərdə səhiyyə sisteminin və tibb təhsilinin formalaşdırılmasına layiqli töhfələr verən Əziz Əliyevin ömür yolunu əks etdirən məqalələr, kitablar, onun haqqında yazılmış müxtəlif çap materialları və fotoşəkillər yer alıb.

Kitabxanaya gələn oxuculara Əziz Əliyevin həyat və fəaliyyəti barədə ətraflı məlumat verilir.


2 İyun 2023
Cəmiyyət

Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI - FOTO

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 57 vaksin vurulub.

2 İyun 2023
Cəmiyyət

Azərbaycanda daha dörd nəfər COVID-19-a yoluxub, bir nəfər vəfat edib - FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.

2 İyun 2023
Cəmiyyət

Azərbaycan Gürcüstanla qarşılıqlı investisiya qoyuluşunu müzakirə edib

Azərbaycan və Gürcüstan arasında sərmayələrin qarşılıqlı təşviqi imkanları müzakirə edilib.

2 İyun 2023
Cəmiyyət

Bu günə qədər 128 tərbiyəçi-müəllim bağçaya işə qəbul olunub

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin bu günə qədər olan statistik göstəriciləri açıqlanıb.