Naxçıvanda 48 min 353 nəfərin əmək pensiyasına 12,4 faiz artım tətbiq olunacaq

Naxçıvanda 48 min 353 nəfərin əmək pensiyasına 12,4 faiz artım tətbiq olunacaq
24 2017 10:15

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il yanvarın 21-də imzaladığı Sərəncama əsasən, əmək pensiyasının sığorta hissəsinin məbləği 2016-cı il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq, 2017-ci ilin 1 yanvar tarixinə 12,4 faiz artırılıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin Sərəncamın icra edilməsi ilə əlaqədar muxtar respublika üzrə bütün növ əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması məqsədilə fondun şəhər və rayon şöbələrinə müvafiq tapşırıqlar verilib. Pensiyaların sığorta hissəsinin məbləğinin 12,4 faiz artırılması prosesinə artıq başlanılıb.

Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi, pensiyanın ümumi məbləğindən baza hissəsi çıxılaraq pensiyanın sığorta hissəsinə 12,4 faiz (2016-cı il üzrə istehlak qiymətləri indeksi) əlavə edilməklə həyata keçiriləcək. Fond tərəfindən hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və dövlət qulluqçusu kateqoriyasına aid olan əmək pensiyaçıları istisna olmaqla, 48 min 353 nəfər əmək pensiyaçısının pensiyasının sığorta hissəsinə 12,4 faiz artım tətbiq olunacaq.

Əmək pensiyalarının sığorta hissəsində müvafiq artımların aparılması ilə yanaşı, fərdi uçot sistemində sığortaolunanların fərdi hesablarında toplanmış pensiya kapitalı məbləğlərinin də 12,4 faiz indeksləşdirilməsi aparılır.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən bütün növ əmək pensiyaları üzrə hesablanmış artımlar, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq 2017-ci ilin fevral ayının pensiya ödənişində, yanvar ayının artımları da daxil olmaqla əmək pensiyaçılarının plastik bankomat kartlarına köçürüləcək.


1 İyun 2023
Cəmiyyət

Prezidentin nümayəndəsi şəhid, qazi övladları, sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb

İyunun 1-də - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli şəhid, qazi övladları, sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olan təkvalideynli uşaqlar, eləcə də fəal kursant və şagirdlərlə görüşüb.

1 İyun 2023
Cəmiyyət

Azərbaycan Çin şirkəti ilə enerji sahəsi üzrə Anlaşma Memorandumu imzalayıb

Energetika Nazirliyi ilə "China Gezhouba Group Overseas Investment” şirkəti arasında bərpa olunan enerji layihələri ilə bağlı Anlaşma Memorandumu imzalanıb

1 İyun 2023
Cəmiyyət

Şuşada ilk beynəlxalq uşaq rəqs festivalı keçirilib - FOTO

Şuşada “Heydər Əliyev – türk dünyası birliyinin böyük carçısı” adlı beynəlxalq uşaq rəqs festivalı keçirilib.

1 İyun 2023
Cəmiyyət

Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI - FOTO

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 55 vaksin vurulub.

1 İyun 2023
Cəmiyyət

Azərbaycanda daha 15 nəfər COVID-19-a yoluxub - FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 15 yeni yoluxma faktı qeydə alınıb, 16 nəfər müalicə olunaraq sağalıb.